Sevgi varmı? → ***DoST_SeVGi***
Dost qalaq nə olar? dedi
gözlərimin içinə baxaraq.. Səs
çıxara bilmədim, çünki boğazıma
düyünlənilmişdi sözlərim..
Oturduğumuz bankdan qalxıb
sahilə doğru irəlilədi..baxa
qaldım arxasından.. Və onu nə
qədər çox sevdiyimi düşündüm..
Amma o mənə dost qalmamız
lazım olduğunu söyləyirdi...
Düşündüm sonra, dost qala
bilərəmmi deyə? "Xeyr, dost
filan ola bilmərik!" desəm bir
daha görə bilməyəcəkdim,
"yaxşı dost qalaq" desəm
bundan sonra yenə görmə
şansım vardı... Dənizi izlədi bir
az, gün batırdı, günəşin
qırmızılığı o qədər gözəl idi ki..
Amma yenə də içimi işıqlandıra
bilmirdi.. Sonra döndü yanıma.. -
çox yaxşısan və mən səni
itirmək istəmirəm! dedi o içimi
parçalayacaq qədər gözəl
səsiylə.. mən də onu itirmək
istəmirdim, dost qalmağı qəbul
edəcəkdim məcbur olaraq.. nə
olursa olsun onu görə bilmək
bahasına içimə basdıracaqdım
eşqimi... İki dost olaraq ayrıldıq
dəniz kənarından.. Sonra bir
neçə dəfə Ardı »