Sevgi varmı? → Gece Oxusu......Moller 1Bolum
Elə adamlar var ki, görüşdüyün andan onlara adıyla müraciət edirsən. Maks da belələrindəndir. Elələri də var ki, bəyəndiyinə görə yox, özlərinə qarşı nifrət oyatdıqlarına görə diqqətini cəlb edirlər.
Nifrət o qədər böyüyür ki, hətta maraqlı hadisələrə vəsilə olur; siz vaxtaşırı bu adamların yanına qayıdaraq, onların qəlbindəki titrəyişləri öyrənməyə, özünüzü canıyanan göstərməyə çalışırsınız. Halbuki, bu mərhəmətdən sizdə əsər-əlamət belə, yoxdur. Köməyə ehtiyacı olan adamlara, dərdlərinə şərik olduğumuza görə yox, qayğılarının, nigaranlıqlarının bizi anlaşılmaz hisslərə bürüdüyünə görə əl tuturuq.
Maksın ilk dəfə məni bulvarda saxladığı gecəni çox yaxşı xatırlayıram. Köntöy görünüşü, özünü aparması məndə ikrah yaratmışdı. Kinoya tələsirdim. Birdən qarşımda bu kədərli yəhudi Ardı »