Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluqUşaqlarda süd dişlərinə qulluq

Bir çox valideynlər uşağın süd dişlərinin vəziyyətinə nəzarət etmir. Lakin bu düzgün deyil. Süd dişlərinə daimi dişlərinə olduğu kimi qulluq etmək lazımdır.

Uşağın süd dişlərini gündə 2 dəfədən az olmayaraq təmizləmək, lazım olduqda müalicə etmək lazımdır.

Uşaq dünyaya gəldiyi andan ana onun sağlamlığının qayğısına qalmalıdır. Bu dişlərin sağlamlığına da aiddir. İlk növbədə ana uşağı 2 yaşına kimi öz südü ilə qidalandırmağa çalışmalıdır. Bu olduqca vacibdir. Ana südündə körpənin sağlamlığı üçün vacib olan bütün maddələr var.

Uşaqlarda hətta 1-2 diş çıxdıqda, onları mütləq təmizləmək lazımdır. Bunun üçün ana barmağına qaynanmış suda isladılmış steril tənzif dolamalı və hər gün səhər və axşam uşağın dişlərini ehtiyatla təmizləməlidir. Ardı »

Körpəyə qulluqUşağınızın boğazında çöp qalır?

Çöp nədir?
Nəfəs və qida borusunun arasında kiçik çala vardır ki, yemək zamanı qidanın həmin çalaya düşən hissəsinə çöp deyirlər. Həmin çala tədricən yaranır. Biz böyüklər bu problemi asanlıqla - öskürərək aradan qaldırırıq. Amma körpələrimiz bunu edə bilmirlər. Hər fürsətdə əlinə keçəni ağzına aparan uşaqlarda çöp problemi tez-tez baş verir.Elə uşaq da vardır ki, hətta yediyi yeməyə belə diqqətlə baxır. Bu uşaqlar isə çöp tutmayan uşaqlar növünə aiddirlər. Çöp istənilən qida qalığı, alma qabığı, mandarin, apelsin, marmelad, karamel, ət parçası, saqqız, tofita dediyimiz uşaq konfeti, oyuncaq hissələri,kiçik mismarlar (uşaq maşınlarından), kibritlər, kukla saçı, muncuq və.s Bunlar çoxdur. Baxır uşağınız hansını seçir Ardı »

Körpəyə qulluqTez tez oyanan körpənin günahkarı anadır

Doğum sonrası depresiya ilə yeni doğanların gecə oyanmaları arasında bir əlaqə var.
Depresiya əlaməti olan ana, bunu körpəyə əks etdirir
Penn State araşdırmacıları, körpələri 1 ilə 2 yaşında olan 45 ananın evlərinə gecə fəaliyyətlərini izləmək üçün kamera yerləşdirmişlər. Bunlardan 14 ananın depresiya əlamətləri göstərdiyi təyin olunmuş.
Araşdırma idarəçisi Professor Douglas Teti, yuxusuzluq və depresiya arasındakı bağ kimi, narahat ana və gecə oyanan körpələr arasında bir bağlılıq olduğunu ifadə edir.
"Depresiya əlamətləri göstərən və ya narahat analar gecənin bir yarısı körpələrinin ehtiyacı olmamasına baxmayaraq yanlarına gedirlər. Analar dərin yuxuda olmasına baxmayaraq körpələrinin yuxusunu pozub qucaqlarına alırlar" deyir Teti.
Depresiyaya girən anaların körpələrinin yanlarına getmələrinin səbəbi var. Lakin Ardı »

Körpəyə qulluqKörpənizi 6 aylıqkən kitabla tanış edin

Uşağınızın gələcəkdə oxumaqla əlaqəli çətinlik çəkməsini istəmirsinizsə altı aylıqdan etibarən kitabla tanış edin.
Oxuma bacarığı hər şeydən əvvəl kitablarla qazanılır. Yəni uşağınızı, altı aylıqdan etibarən kitabla tanış etməyiniz lazımdır. Xüsusilə kitabçılarda satılan, körpələr üçün qavraması asan olan kitabları seçim edə bilərsiniz.

Hərflərlə tanış olsun

Evinizdə uşağınızın görə biləcəyi bir kitab rəfi də olmalıdır. Yəni evinizdə çox kitab olmasında fayda var.
Qəzet, jurnal kimi yazılı informasiya vasitələrini istifadə edin. Onunla səhifələr içindəki şəkillər haqqında danışın; yazılarla, hərflərlə tanış olmasını təmin edin.

Sizi nümunə götürməlidir

Gündəlik ya həftəlik oxuma saatları edin. 15 dəqiqə qədər bütün ailə fərdlərinin kitab oxuduğu səssiz bir mühit yaradın.
Ana və atanın, kitab oxuyan fərdlər olması Ardı »

Körpəyə qulluqUşaqlara sağlam bəslənməyi öyrətmək

Bu an ki həyatımız da səhv bəslənmədən qaynaqlanan problemlər yaşayırıqsa bunun səbəbi uşaqlıq illərimizdə doğru bəslənmə vərdişi qazanmamızdan qaynaqlanmaqdadır. Ona görə gərək körpəlik dövrü gərəksə uşaqlıq dövrü bəslənmə vərdişinin doğru bir şəkildə öyrədilməsi lazım olan dövrlərdir. Hər kəs imkanları çərçivəsində uşağını kafi və balanslı bəsləməlidir. Xüsusilə uşaqlar məktəbə başlamadan əvvəl nizamlı bir bəslənmə vərdişi olmalıdır. Bu məktəbə uyğunlaşması içində əhəmiyyətli olacaq. İndi sizlərə nələri etməli və nələri etməməlisiniz bunlardan bəhs etmək istəyirəm.
Uşaq bəslənmə vərdişi qazanmasında ediləcək doğrular;
Uşağın fiziki inkişafı izlənilməlidir. Uşaq əgər çox kökdürsə ona görə bir bəslənmə nizamı olmalıdır.
Uşaq gün içində hərəkətli olmalıdır.
Yemək edərkən uşağınızın yanınızda olması faydalıdır.
Əgər Ardı »

Körpəyə qulluqSüdverən anaların pəhriz saxlaması təhlükəlidir

Türkiyənin "Karadeniz Teknik Üniversitesi"nin Farabi Xəstəxanasının diyetoloqu Uğur Bayramoğlu uşaq əmizdirən anaların pəhriz saxlamasının təhlükəli olduğuna diqqət çəkib.
Həkim hamiləlik zamanı qadının 9-12 kiloqram kökəlməsinin normal bir hal olduğunu deyib.
U. Bayramoğlunun sözlərinə görə, analar doğuşdan sonra südün verilməsi üçün ehtiyac olan enerjini hamiləlik ərzində qazanılan çəki nəticəsində əldə edirlər. Ona görə hamiləlikdən sonra pəhriz saxlamaq uşaq əmizdirən analar üçün təhlükəli ola bilər:
"Uşaqlar süd əmdikcə ananın döşündə öz-özünə yeni süd əmələ gələcək və beləcə tədricən arıqlamaq mümkün olacaq. Düzgün əmizdirən və ev daxilində fiziki aktivliyini sürdürən bir ana pəhrizə qətiyyən ehtiyac duymadan hamiləlik sırasında qazandığı çəkini ata bilər".
Bu sözlərin doğruluğunun şahidi olaraq bütün Ardı »

Körpəyə qulluqGənc analara tövsiyələr

Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın.
Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür.
Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin.
Körpənin göbəyi, göbəkətrafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı 2 həftə ərzində düşəcək.
Körpənin otağında temperatur 22-24 dərəcə olmalıdır. Körpənin rahat hərəkətini təmin etmək üçün ona yumşaq paltarlar Ardı »

Körpəyə qulluqKörpəmin geyimlərini necə yumalıyam?

Balaca və mələklər kimi günahsız körpənizin bu qədər paltarı necə çirkləndirdiyini fikirləşirsiniz? Bu çaşqınlıqdan xilas olduqdan sonra narahatlıq duyacağınız digər mövzu "İstifadə etdiyim yuyucu vəsaiti körpəmin dərisinə zərər verərmi?" olacaq. Çox təəssüf ki, bəli! Amma narahat olmağa dəyməz. Bildiyimiz kimi, körpələrin dəri quruluşu böyüklərinkindən fərqlidir, və öz paltarlarımız üçün istifadə etdiyimiz yuyucu vasitələr körpələrin dərisinə zərər verə bilər. Ona görə də körpənizin paltarlarını mütləq körpələr üçün spesifik hazırlanmış yuyucu vasitələrlə yuyun. Belə etdikdə siz körpənizin dərisini qorumuş olacaqsınız.

Körpənizin dərisi son dərəcə həssasdır. Bunun səbəbi dərisinin hələ xarici təsirlərə məruz qalmamasıdır. Bu səbəbdən dərinin xarici faktorlara qarşı qoruyucu təbəqəsinin tam olaraq Ardı »