Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluqAnalar bunu mütləq bilməlidir

Hər körpənin diş çıxarma yaşı bir-birindən fərqli ola bilər. Lakin məlumatlara görə körpələr təxminən ilk dişlərini 7-8 aylıq olduqları zaman çıxarır.
Körpələr ilk dişlərini çıxardıqdan sonra digərləri də çıxmaöa başlayır. Körpə 1 yaşına gəldiyi zaman qabaqda 4 dənə sonra isə 2 dənə diş çıxarmış olur. 2 yaşında isə ortalama olaraq 20 diş çıxarır.
Körpələr diş çıxardıqları zaman bunu hərəkətləriylə müəyyən edir. Diş çıxaran zaman körpənin damaqlarında qaşıntı ağrı kimi şeylər olur. Körpədə bu qaşıntını və ağrını aradan qaldırmaq üçün davamlı olaraq soyuducuda saxlanmış yumuşaq içi sulu oyuncaqları gəmirməyə şərait yaratmalıyıq. Diş çıxarma ərəfəsində əsəbi, halsız daha narahat olurlar və özlərini narahat hiss edirlər. Ardı »

Körpəyə qulluqUşağınız İştahsızmı?

Bir çox ana və ata uşağının iştahsız olduğundan ya da yemək seçdiyindən şikayətlənər. İştahsızlıq, uşaqlıq dövründə sıx rast gəlinən vəziyyətlərdən biridir. Doğru zamanda doğru qida seçkisi və doğru yanaşma ilə asanca həll edilə biləcək bu problem evlərdə bəzən müzakirələrə və süfrədə döyüşlərə belə səbəb olar. Uşaqlarda görülən iştahsızlığın səbəblərini bilərək və aşağıdakı təkliflərimizi tətbiq edərək, uşağınızı bu problemdən asanca qurtara bilərsiniz…
Uşağım niyə iştahsız?
Uşaqlarda iştahsızlıq; sağlamlıq problemləri, psixoloji problemlər və valideynlərin səhv istiqamətləndirmələri nəticəsində meydana gələr. Diş çıxarma dövrlərində və ishal, qusma, qızdırmalı xəstəliklər əsnasında, qansızlıq və bağırsaq parazitlərinin varlığı kimi vəziyyətlərdə uşaqlar ümumiyyətlə iştahsız olarlar. Ailə və yoldaşları ilə problemləri olan Ardı »

Körpəyə qulluqƏlavə qidaya keçid haqqında hər şey

Üç gün gözləmə qaydası nədir?
3 gün gözləmə qaydası, körpəyə əlavə qida başlanması müddətində körpənizin yeməklərə verəcəyi ola biləcək reaksiyaları rahatca təqib edə bilməniz üçün çox əhəmiyyətli bir qaydadır. Bu qayda sayəsində körpəniz yeni bir yeməklə tanış olduğu zaman meydana gələ biləcək allergik reaksiyaları , ola biləcək yan təsirləri və hansı əlamətin hansı yeməkdən qaynaqlandığını asanlıqla anlaya bilərsiniz.

Yavaş yavaş əlavə qidalara başlayan körpənizə bir qidanı ilk dəfə verirsinizsə , yeni qidanı sınadığı gündən 3 gün sonra fərqli bir Qida ilə tanış edin. Beləliklə keçən 3 gün müddət içərisində körpənizə verdiyiniz qidanın təsirlərini anlaya , körpənizin o qidanı sevib sevmədiyini müşahidə edə bilərsiniz. Ardı »

Körpəyə qulluqKörpənizin əlləri

Üç aylıq: İstəyərək uzana bilməz, ancaq bir obyektə toxunduğunda həyəcanlanar.
Dört aylıq: Bir əşyanı götürə bilər.
Beş aylıq: Uzanmaq və toxunmaq üçün əllərini açar.
Altı aylıq: Əlindən saldığı bir əşyanı izləyər və bir azı görünən əşyanın bütününü anlayar.
Yeddi aylıq: Əllərinə gözləriylə nəzarət edər; bir cisimi tutmaq üçün ovuclarını açar; uzanarkən gözlərini əllərindən ayırmaz; iki əlini birlikdə istifadə edər.
Səkkiz aylıq: Özünə diyirlənən bir topu tuta bilər; bir obyekti tutmaq üçün barmaqlarını və ovucunu birlikdə istifadə edər, bir obyektə çatmaq üçün başqa bir obyektdən kömək alar.
Doqquz aylıq: İstəyərək obyektləri atar, itələyər və dürtər, bir obyekti bir əlindən digərinə keçirə bilər.
On aylıq: Bir cisimi tutmaq üçün əlləriylə Ardı »

Körpəyə qulluqUşağa süd vermək qadın döşlərini eybəcərləşdirir?

İstər yarı zarafat, istərsə də tam ciddi formada deyilən bir söz var: “Qadın böyük qüvvədir”. Qadını böyük edən, qadını qadın edən ən ülvi hiss və duyğu isə analıq hissidir. Bir sıra mütəxəssislərin fikrincə qız uşağı dünyaya gəldiyi andan artıq bu hiss onun içində formalaşmış olur, getdikcə dolğunlaşır və günlərin bir günü o artıq ana olur.

Övladının dünyaya gəldiyi vaxt qadın üçün həyatının ən önəmli anıdır.
Bəs bunu qadınlarımız necə yaşayır?! Bir çox hallarda ağır doğuşlar müşahidə olunur. Və bu tip doğuşlardan sonra qadınlarda psixoloji pozulmalar ehtimalı yüksək olur. Daha sadə dillə desək qadın depressiyaya düşür. “Bədən quruluşum pozulub”, “mən çox eybəcə görünürəm”, “yoldaşım Ardı »

Körpəyə qulluqUşaq xarici dili neçə yaşından mənimsəməlidir?

Bu gün uşaqlara az yaşından xarici dil öyrətmək dəb halı almışdır. Bu uşağın həm hərtərəfli inkişaf etməsinə, həm də gələcəyi üçün faydalıdır. Lakin uşaq psixoloqları bunun mənfi yönlərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə iki dildə danışan ailələrin uşaqları çox vaxt defektli danışır.
Ümumiyyətlə xarici dil öyrəndikdə beyninin sol yarımkürəsi inkişaf etməyə başlayır. Lakin dili uşaqlıq yaşından öyrənəndə beynin sağ yarımkürəsin də çalışmağa başlayır və bunun sayəsində uşaq tələffüz qaydalarını, intonasiyanı yaxşı qavrayır. Bəs hansı dili seçmək daha doğrudur? Hal-hazırda hamı ingilis dilinə üstünlük verir, çünki o dünya miqyasında ümumi qəbul edilmiş bir dil sayılır və gələcəkdə də uşaq bu dildən faydalana Ardı »

Körpəyə qulluqUşaqla birgə yatmağın faydaları

Kütləvi İnformasiya vasitələri uşaqla eyni yataqda yatmağın yanlış olduğunu yaymağa çalışsa da, elmi dəlillər bu iddiaların əksini göstərir. Birlikdə yatmağın ailənin hər bir fərdi üçün bir çox faydaları var. Bu məqalədə uşaqlarınızla birlikdə yatmağın 6 faydasını sizə təqdim edirik:
Müstəqillik
Uşağın valideynləri ilə birlikdə yatmasının, uşaqda möhtacolma və asılılıq hissinin yaranmasına səbəb olması geniş yayılmış bir fikirdir. Ancaq, araşdırmalar bunun əksini göstərir. Valideynləriylə birlikdə yatan uşaqlar, daha erkən yaşlarında müstəqillik qazanır və ayrılıq narahatlığı keçirmirlər. Araşdırmalar göstərir ki, uşaq hər dəfə eyni valideyni ilə yatmağa öyrəşirsə, barmağını əmmə və ya hər hansı təhlükəsizlik və ya rahatlayıcı obyektinə olan ehtiyacı xeyli azalır.
Özünə inam
Ailəsilə yataraq Ardı »

Körpəyə qulluqUşaq tərbiyyə etməkdə cəza...

Hər ana - ata uşağının dinc, itaətli, söz dinləyən, dəcəllik etməyən uşaqlar olmasını istəyərlər. Özlərinə problem çıxartmasını istəməzlər. Bu təbii çox istənən amma reallaşması çox nadir olan bir vəziyyətdir.
Körpəlik və uşaqlıq dövrünü bu şəkildə sovuşduran uşaq sayı azdır. Uşaqların təbiətində dəcəllik etmək, yerində dayana bilməmək, ağlamaq v. b. şeylər vardır. Bunlar əsasında uşaq olmanın ümumi və ortaq xüsusiyyətləridir.
Təbii bu kimi vəziyyətlər ana - ataların çox xoşlandıqları vəziyyətlər deyil. Uşağı yetişdirmə və intizama etmə müddətində ana və atalar daha rahat olmaq istəyərlər. Uşağın özlərinə çətinlik çıxarmasını istəməzlər.
Zaman zaman bu müddətdə çətin vəziyyətə düşər və nə edə biləcəklərini bilməzlər. Bu vəziyyətdə bir Ardı »