Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluqTərbiyyə: özümüzdən başlayaq

PİS VƏRDİŞLƏRİNİZİN ÜZƏRİNDƏ İŞLƏYİN, TƏNBƏLLİYİ ÖZÜNÜZDƏN KƏNARLAŞDIRIN, HƏR YENİ GÜNƏ SEVİNMƏYİ BACARIN.

Heç düşünmüsünüzmü, övladınız sizi güzgü kimi özündə əks etdirir. Övladınızın küsəyənliyi ya inadkarlığı, zəhlənizi tökən ağlağanlığı sizin öz surətinizdir. Axı, ot öz kökü üstə bitər. Bu faktları nəzərə alıb uşağın pis vərdişlərilə mübarizə aparmaq olar. Amma daha yaxşı olmazmı ki, siz özünüzü tərbiyə edəsiniz və canlı güzgüdə göz oxşayan mənzərə açılsın? Gəlin, başlayaq.

NİTQİNİZƏ FİKİR VERİN.

Bəzən uşaqlar senzuradan kənar sözlərdən istifadə edirlər. Və əgər bu sözlər hansısa qohumunuzun yanında deyilirsə, xəcalətdən yerə girməyə belə hazırsınız. Normativ olmayan leksikadan nə özünüz istifadə edin, nə də övladınızın ətrafındakılara icazə verin. Ardı »

Körpəyə qulluqKörpə süddən necə kəsilər...

Körpənizin güvən duyğusu həyatın ilk günlərində şəkillənməyə başlar. Yenidoğan dövrü ana-körpə əlaqəsi baxımından çox önəmlidir. Körpədə təməl güvən duyğusunun ilk əlaməti olaraq bəslənmə, yuxu vs. funksiyalarda ehtiyacların qarşılanması və rahatlığa qovuşması əhəmiyyətlidir. Doğumdan sonrakı ilk həftələrdə körpə, ananı ayrı bir adam olaraq deyil, özünün ayrı bir davamı hesab edər.
Əmmə impulsuyla doğan körpə ilə ana arasındakı bağın meydana gəlməsində əmmə müddəti əhəmiyyətli rol boynuna götürər. Əmmə ana-körpə arasındakı sevgi alveridir. Əmmə müddəti dinc bir mühitdə, ekoloji xəbərdarlıqlardan uzaqda reallaşsa körpə, ananın qucağından özünü etibarda və rahat hiss edər. 12. ayda uşağın marağı ətrafa çox çox yönəlmiş, getməklə birlikdə müstəqil olma və anadan Ardı »

Körpəyə qulluqQadın və Doğuş....

Hamiləliyin sonuna doğru qadınlar emosional cəhətdən çox dayanıqsız olurlar. Onlar küskün, tez inciyən kövrək olurlar. Artıq onların qəbul etdiyi qərarlar çox vaxt impulsların təsiri altında baş verir. Ona görə də profesionalizm enir. “Sərrast” fikirləşmək qabiliyyəti azalır. Bütün bu dəyişikliklər təbiətin qadına verdiyi doğuşa hazırlıq kompleksinin tərkib hissələridir. Bunlar qadını doğuşu asan keçirmək üçün hazırlayır. Odur ki, bu dəyişiklikləri dayandırmağa, başqa yola yönləndirməyə çalışmayın, müdaxilə etməyin. Qoyun bu təbii proses öz axarı ilə getsin.

Ağrı – doğuşun əsas komponentlərindən biridir. Ağrı tədricən başlayır, tutmaşəkilli olur, əvvəl çox qısa müddətli olur, sonralar artır. Ilk ağrılar tutub-buraxdıqda onun heç izi də qalmır. Yaxşı olar ki, Ardı »

Körpəyə qulluqşağınız ağladıqda nə etməlisiniz?

Körpəniz çox ağlayır və istədiyini etdirərir və başqa cür susdura bilmirsinizsə təkliflərimizi diqqətlə oxuyun.Uşağınıza qıya bilmədiyiniz üçün .nə istəsə edirsiniz və o bu yolla hər istədiyini etdirincə hər vaxt eyni taktikasını sizə qarşı istifadə edir və bu ona fayda deyil tam tərsi zərər verir.


Uşağınız ağladıqda nə etməlisiniz?



Bu da sizlər üçün hazırladığımız təkliflər:
• Uşağınıza istədiyini verərək ağlama davranışını mükafatlandırmayın, bu yalnız istədiyini əldə etmənin ən yaxşı yolunun ağlamaq olduğunu öyrədəcək.
• Yorğunluq, aclıq və sıxılma kimi ayırt edə biləcəyiniz açıq səbəblərlə maraqlanın.
• Uşağınız sizdən nəzakətlicə istədiyində və ya gözəl davrandığında olduqca diqqətli qayğı göstərin.
• Uşağınız bir şey istədiyində, cavabınız Ardı »

Körpəyə qulluqAna olmaq hər qadının haqqı

Ana olmaq hər bir qadının haqqı, borcu və vəzifəsidir.
Amma ana olmağa hazır olmayan qızlarımızın nələr törətdiyindən xəbərimiz varmı? Azərbaycan qadınının adını iftixarla çəkərkən gənclərimizin düşdüyü bataqlıqdan xəbərimiz varmı?

Ana 3 günlük körpəsini Kür çayında boğdu...
Masallıda boş qəbirdən yeni doğulmuş qız uşağı tapıldı...
Zibildaşıyanlar Alatava zibilliyi yaxınlığında bələkdə ağlamaqdan bayılmış körpə tapdılar...
On dörd günlük çağanı məscidin həyətinə atdılar...

Həmişə bu cür xəbərləri eşidəndən sonra həmin körpələrin qatillərini, günahlarını üstündə daşıyan anaları (əgər onlara ana demək mümkündürsə), sahib çıxmayan atalarını lənətləyirik. Göz yaşlarımız səssizcə içimizə axır. İnanmıram ki, evində körpəsi olan və ya nə vaxtsa olmuş insanlar bu xəbərləri sıradan bir xəbər kimi oxuyub keçsinlər. Bu Ardı »

Körpəyə qulluqKörpəyə qulluq zamanı doğru və yanlışlar

Hər asqırdığında antibiotik vermək, qızdırması olduğunda qalın geydirmə, körpəni üzü-üstə yatırtmaq, ana südünü erkən kəsmə ... Uşaq baxımında qətiliklə edilməməsi vacib olanlar:

İnfeksiya xəstəlikləri və geyindirmə: Yüksək qızdırma ilə rastlanan infeksiya xəstəlikləri zamanı uşaqların qat-qat geyindirilməsi çox rast gəlinən bir səhvdir. Halbuki qızdırma yüksəldiyində uşaqların xüsusilə də qızdırmalı vəziyyətə meylli olan 6 ay-6 yaş qrupunun daxili (alt) paltarlarının belə çıxarılması lazımdır. Bundan dərhal sonrada uşağın ilıq su ilə duşa alınması təklif edilir. Burada ən çox edilən birbaşqa səhv qızdırmalı uşaqların soyuq və ya buzlu su ilə yuyulmasıdır. Çox təhlükəli olan bu tətbiq uşağın damarlarında ani daralmalara və şok vəziyyətininyaranmasına səbəb ola Ardı »

Körpəyə qulluq1-3 aylıq körpələrə masaj

1-3 Aylıq uşaqlarla məşğul olmağın əsas məqsədi ayaqların və əllərin əzələrinin bükücü və açıcı gərginliklərinin tarazlaşmasıdır.Bunun üçün lazımdır?

1.Körpə ilə tez tez ünsiyyət və söhbət qurmaq bu da canlanma kompleksini həvəsləndirir,stimullaşdırır.

2.Bələyin tarım olmaması

3.Uşağı tez tez üzüqoylu qarın üstə çevirmək

4.Hər gün çimdirmək və üzdürmək

5.Bədənin yüngül masajı

6.Körpənin fəal hərəkətlərinin həvəsləndirilməsi üçün körpənin reflekslərindən istifadə etmək.

1-3 aylıq uşaqlarda masaj 16 hərəkətdən ibarətdir. Mən sizə bunları digər xəbərlərimdə bir-bir izah etməyə çalışacam. Ardı »

Körpəyə qulluqAna öpüşü güclü immunitet yaradır

Təzə doğulan körpələrin sağlamlığı ilə bağlı aparılan araşdırmalar yeni-yeni faktları üzə çıxartmaqdadır. Alimlərin apardıqları yeni təcrübələrə əsasən, ana öpüşü körpədə bəzi xəstəliklərə qarşı ömürlük immunitet yaradırmış. "Medikforum.ru" saytının verdiyi məlumata görə, Yeni Zelandiyadan olan bir qrup alimin apardığı uzun-uzadı araşdırma məhz bu nəticəni ortaya çıxarıb. Yeni doğulmuş körpələrə ana öpüşünün təsirini araşdıran alimlər müəyyənləşdiriblər ki, bu öpüş zamanı uşağın orqanizminə müəyyən bakteriyalar keçir. Məhz həmin bakteriyalar körpədə angina, qulaq infeksiyası kimi xəstəliklərə qarşı immunitet yaradır. Ardı »