Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluqAnalar! Doğru sandıqlarınız səhv ola bilər!

Körpə qucağa çox alınmaz, alınca qucağa alışar!
Yeni doğulan körpənizi əmizdirmək, altını dəyişdirmək, sevmək, oxşamaq, danışmaq üçün qucağınıza götürməlisiniz. Ana ilə körpə arasında qurulacaq sevgi və güvən bağı üçün bu çox əhəmiyyətlidir. İstəkləri qarşılanan, sevgi və güvən hiss edən körpənizi daha irəli dövrlərdə yuxu, qidalanma kimi vəziyyətlər üçün müəyyən bir nizama öyrətmək daha asan təmin edilər. Xüsusilə ilk üç ay körpənizi tez-tez qucağınıza alın.

Kök uşaq sağlamdır!
Köklük sağlamlıq deyil, sağlamlıqsızlıq göstəricisidir. Həm uşaqlıq vaxtı,həm də yetkinlik dövr üçün hipertansiyon, damar sərtliyi, şəkər xəstəliyi, ortopedik pozuqluqlar, tənəffüs yolu infeksiyaları, psixoloji pozuqluqlar kimi bir çox xəstəliklə əlaqəsi müəyyən olunmuşdur. Balanslı qidalanan uşaq arıqda də Ardı »

Körpəyə qulluqKörpələrdə ishal

Körpələrdə ishal, ümumiyyətlə mikrobik səbəblərlə ortaya çıxmaqdadır. Bakteriya və viruslar qida və suya bulaşaraq körpəni ishal edə bilər.
Bunun xaricində, müxtəlif infeksiyalar səbəbiylə istifadə edilən antibiotiklər də körpələrdə ishala səbəb ola bilər. İshala səbəb olan inək südü də çox istifadə edilməməlidir. İshal əsnasında isə inək südü heç verilməməlidir. Süd yerinə qatıq seçim edilə bilər.
İshal olan körpələr, hələ süd əmirsə, əmizdirməyə davam etmək lazımlıdır. Maye itkisi sıx olacağından, bol miqdarda maye möhkəmlətməsinə ehtiyac duyarlar. Sıx olaraq və az miqdarlarda bəsləmənin də faydası vardır. Bərk, qatı qidalarla bəslənməyə başlamış olan körpələrə, düyü sıyığı, banan püresi və bunlar kimi nişastalı qidalar bolca verilməlidir. İshal Ardı »

Körpəyə qulluqUşaqların çəkdiyi şəkil sizə nəyi izah edir?

Uşağınızın Çəkdiyi Şəkil Sizə Nə İzah edir?
Ailəsi tərəfindən çox tənqid olunan uşaq böyük qulaq, danlanılan uşaq böyük və dişləri görünən bir ağız, günaha meyli olan uşaq isə buğumlu və detallı barmaqlar çəkir. Qısacası uşağınızın ruh halı çəkdiyi şəkildə gizlidir...
Uşaqlarınızın şəkilləri çox şey izah edir. Uşağın ana, ata və ya qardaşlarını çəkmə tərzi onun bu kəslər ilə arasındakı ünsiyyəti göstərir. Bir orqanın normaldan kiçik və ya böyük çəkilməsi ya da heç çəkilməməsi, uşağın ailə fərdlərinə baxış tərzindən, ana atanın ona olan yanaşma şəklinə qədər xeyli çox problemə işıq tutur. Araşdırmalar, ailənin uşağın şəkillərini izləyərək, xüsusilə daha çox çəkilən şəkillərin diqqətə alınıb bir Ardı »

Körpəyə qulluqAborta Allah qarşısında heç bir bəraət yoxdur!!!

Körpəni əvvəlcə iti bıçaqla tikə-tikə doğrayır, sonra isə hissə-hissə xaric edirlər. Körpənin başını xaric etmək mümkün olmadığı üçün əvvəlcə onu maqqaşla əzir sonra isə çıxardırlar.
Daha sonra isə körpənin qana boyanmış hissələrini diqqətlə bir yerə yığaraq, bütün hissələrin (ayaqlar, qollar və s.) olub-olmamasını yoxlayırlar...
Abort, bəzən isə adını riyakarlıqla “hamiləliyin süni şəkildə pozulması” adlandırdıqları bu vəhşilik - diri körpənin məhv edilməsi, məhz bu şəkildə aparılır...
Abort – vəhşicəsinə, qəsdən canlı bir insanın qətlidir - öldürülməsidir.

Bəli, məhz qəsdən öldürülmə və məhz ALLAH tərəfindən yaradılmış olan insanın öldürülməsidir!
Bu gün elmi cəhətdən mübahisəsiz olaraq subut olunmuşdur ki, insan həyatı iki cinsi hüceyrənin (qadın və kişi) Ardı »

Körpəyə qulluqTərif və tərbiyə

Əksər valideynlər inanırlar ki, tərif uşaqda özünə inam hissi yaradır. Amma hər şey onların gözlədikləri kimi olmur. Uşaq daha da əsəbi, sözə baxmayan olur və özünü pis aparır. “Nəyə görə?” – deyə valideynlərdə sual yaranır. Bu sualın cavabını uşaq psixoloqu Şərafət Şirinli verdi.
Tərbiyə nədir və ona nə vaxtdan başlamaq lazımdır?
Belə bir deyim var: “Uşaq ana bətnində olarkən tərbiyəsi ilə məşğul olmaq lazımdır”. Bu deyimin doğruluğunu alimlər də sübut ediblər: “Qadın hamilə olmamışdan 3 ay öncə, özünü ana olmağa hazırlamalıdır”. Yalnız bu halda, o, sağlam uşaq dünyaya gətirə bilər. Bura ananın emosional və fiziki durumu aiddir. Əgər ana xəstələnir, yaxud özünü pis Ardı »

Körpəyə qulluqSüdəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar.
Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə başlayan uşaqlarda allergiyalara və mədə-bağırsaq pozulmalarına daha tez-tez hallarda təsadüf edilir.
Əlavə qidaya tədriclə, kiçik dozalarla başlayın. Əsas qidalanmadan sonra yeni qidanı körpənin ağzına damızdırmaq və ya çay qaşığının ucunda vərmək lazımdır. Günbəgün əlavə qidanın miqdarını artırın.
Yeni qidanın ilk dozası nə qədər az olarsa və gec artırılarsa, atopik Ardı »

Körpəyə qulluqKörpələrdə Diş Çıxartmanın İlkin Əlamətləri

Diş çıxartma dövrü, körpələr üçün ağrılı bir dövrdür və ana olaraq siz də əlinizdən gələn heç bir şey olmadığını düşünərək narahatlıq yaşaya bilərsiniz.
Halbuki, körpənizin diş çıxartmağa başladığı zamanı tuta bilər və ağrıya qarşı tədbirlərinizi başdan ala bilərsiniz.
Normalda körpələr, ilk dişlərini 6. ayları etibarilə çıxartmağa başlarlar. Lakin diş çıxartmağa başlamaq, 1 ili də tapa bilər. Diş çıxartma dövrü isə körpə 2 yaşına gəlincə bitər.
Diş çıxartmanın əlamətləri
Diş çıxartmanın ən diqqətə çarpan işarəsi, təbii ki, dişin çıxmağa başlamasıdır. Ön altda, ortada olan iki diş ən əvvəl çıxanlardır. Ümumiyyətlə bunu ön, üst 2 diş izləyər. Davamı isə zamanla çıxmağa davam edər.
Başqa işarələri də tuta bilərsiniz; Ardı »

Körpəyə qulluqİki yaşlı körpənin gidası ( Analarımıza )

2 yaşlı körpənin menyusu 1 yaşlı körpənin rasionundan çox fərqlənir. Çünki, tədricən qidada dəyişiklik etmək lazım gəlir.
1 yaşından sonra körpə sürətlə dəyişməyə başlayır. Onun təkcə xarici görünüşü deyil, həm də mədə - bağırsaq traktı da dəyişir. Düzdür, zülal, yağ və karbohidratların parçalanması prosesini nizamlayan həzm vəziləri kifayət qədər inkişaf etmədiyi üçün mədə - bağırsaq traktı hələ mükəmməlləşə bilmir.
Məhz buna görə də dietoloqlar 2 yaşlı uşağın qidasına xüsusi tələblər qoyurlar. Qidanın savadsız təşkili böyüdükdən sonra uşaqda ciddi problemlərə səbəb ola bilər. Məsələn, dəmir çatışmazlığı erkən yaşlarda psixomotor inkişafı ləngidə, bu da öz növbəsində yaddaşı və diqqəti zəiflədə bilər. Yod çatışmazlığı Ardı »