Ümumi → Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi:
Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi.
İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi.
Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi Ardı »