Ümumi → "Ədalət" inqilabi fəhlə təşkilatı TARİXİ
"Ədalət" inqilabi fəhlə təşkilatı - 1914-cü ildə fəaliyyətə başlamış, 1916-cı ildə təşkilat kimi formalaşmışdır. Rəsmi yaranma tarixi Bəhram Ağayevin başçılıq etdiyi bir qrup iranlı (əsasən Cənubi azərbaycanlı) fəhlənin "Hümmət" partiyasından ayrıldığı 1917-ci il sayılır. "Ədalət" özünü "İctimaiyyun-amiyyun"un varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Bakı Komitəsində və "Hümmət"də daimi nümayəndələri var idi. "Ədalət" 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı.
1917-1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Ardı »