Ümumi → Şabran (qədim şəhər) - Memarlıq
Memarlıq[redaktə]
1979-1989-cu illərdə şəhərin ərazisində beş yerdən aparılan arxeoloji qazıntılar nəticəsində 4500 km2 çox sahə aşkar edilmişdir. Material mədəniyyət qalıqlarının yaylanma qalınliğı 5 m-ə qədərdir. X əsrə aid olan qala aşkarlanıb. Alimlər tərəfindən sübut edilib ki, bu qala müdafiə məqsədi ilə tikilib. Qalanın divarları yarımdairəvi qüllələrlə bərkidilib. Tikinti zamanı əhəngdaşı, çay daşı və yandırılmış kərpicdən istifadə olunub. Qala XIII əsrin yarısına qədər mövcud olub. XIV əsrdə monqollar tərəfindən dağıdılmış qalanın qərb hissəsində kiçik qəsr tikilir. O, dördbucaq şəklində idi və Mərdəkan qalalarını xatırladırdı. Memarlar tikinti zamanı qarışıq hörmədən istifadə edirdilər. Qazıntılar şəhərin məhəlləli planlaşdırılmasından xəbər verir. Evlər yandırılmış kərpicdən çay daşından olan Ardı »