Ümumi → İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir.
Skif,sak və massagetlərin Azərbaycana gəlişi[redaktə]
Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə Ardı »