Ümumi → Daşaltı - Döyüş
1992-ci il yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Birinci vzvod Nəbilər kəndinə gəlir, burada onlar 10 insandan ibarət patrul dəstəsiylə görüşür. Bu dəstənin döyüşçüləri birinci vzvoda Siğnaxa gedən ən qısa yolu göstərirlər. Ancaq bələdçilər bildirirlər ki, bu yol üzrə getmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə birinci vzvod daha uzun yolla gedir, qət olunan yolun uzunluğu 3 kilometr əvəzinə 15 kilometrə qədər böyüyür. Nəticədə vzvod lazım olan məntəqəyə təyin edilmiş vaxtdan daha gec gedib çıxır. Burada qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, Ardı »