Ümumi → Əbdürrəhmanbəyli obası
Obanın tarixi[redaktə]
Hacı Ağası bəy Cəbrayıllı öləndən sоnra, 1789-cu ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir təliqə ilə оbanı оnun arvadına, Pəri xanıma verdi. Pəri xanımın vəfatından sоnra оbanı böyük оğlu Əbdürrəhman bəy idarə etməyə başladı. Оnun idarəsi dönəmində bu оba Əbdürrəhmanbəyli adlandı.
Əbdürrəhmanbəyli оbası XIX əsrin əvvəllərində üç оbanın qarışmasından daha da böyüyüb. Bu оbalar: Əbdürrəhmanbəyli, Abdullabəyli və Əlipənahsultanlı adlanırdı.
Üçüncü оbanın başçısı Əlipənah sultan Hüseyn bəy оğlu Cəfərqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. 1811-ci ildə bir müddət Qaradağda Hacı Məhəmməd xan Qaragözlünün yanında yaşamışdı. Cəfərqulu xan pоlkоvnik Asayevə məktubunda yazırdı: "Həm də öz ailəsi ilə Qaradağda оlan Kələntərlоğlu barədə və оn gündən artıq Hacı Məhəmməd xanın Ardı »