Ümumi → Xəlvətilik və Səfəvilik təriqətləri arasında münasibətlər
Şeyx İbrahim Gilanidən sonra onun davamçıları tərəfindən xəlvətilik və səfəvilik təriqətləri kimi tanınan Azərbaycan mənşəli iki böyük təsəvvüf məktəbi qurulmuşdur. Səfəvilik təriqəti Azərbaycandan sonra ən geniş şəkildə Anadoluda yayılmışdır. XV əsrdə Anadoluda səfəvilikdən bayramilik, bayramilikdən şəmsilik, məlamilik və daha sonra cəlvətilik təriqətləri çıxmışdır.
Səfəviliklə eyni silsilə və əsaslara sahib olan xəlvətilik təriqətinin Şirvanşahlar dövləti və cəmiyyəti tərəfindən rəğbətlə qarşılanmasının səbəbləri öz-özünə ortaya çıxır. Şeyx Cüneydin şəxsində siyasi bir şəxsiyyətə qovuşan səfəvilik Şirvanşahlar dövləti üçün təhlükə olmağa başlayan kimi ,eyni motivləri daşıyan xəlvətilik təriqəti əhəmiyyət qazanmış oldu. Yəni, o dövrdə şiəliyə meylli fəaliyyətlərin önünə keçmənin yənə onların metodu ilə ola biləcəyi düşünülməyə başlandı. Ardı »