Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiSalman ibn Rəbiə əl-Bəhili

Salman ibn Rabiə al-Bəxili (ərəb: سلمان بن ربيعة الباهلي‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Ardı »

ÜmumiƏrəş qəzası

Ərəş qəzası - Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Bununla əlaqədar olaraq, 1919-cu il dekabrın 10-da hökumətin qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində Ardı »

ÜmumiSultaniyə Tarixi

1256-1357-ci illərdə Azərbaycanda hakimiyyətdə olan Elxanilər özlərinə aid olan yerlərdə bir sıra dəyərli binalar qurmağa başladılar.Onlardan biri də Zəncan şəhərinə yaxın Sultaniyyə çəmənliyində qurulan binadır.Bu bina bir neçə məqsədlə tikilmişdi.Binanı təşkil edən hissələr haqqında danışaq. Ardı »

ÜmumiXələfbəyli

Tarixi[redaktə]
İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur. Ardı »

ÜmumiOxçu qalası

Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini - Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir [1]

Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur.

Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları Ardı »

ÜmumiMannada Arxeoloji tədqiqatlar

Cənubi Azərbaycan ərazisində arxeoloji qazıntılar son vaxtlaradək çox məhdud miqyasda aparılırdı. Tapıntıları əsasən tunc dövrünə və dəmir dövrünün başlanğıcına aid olan Astara çayı boyunca İran Talışına ekspedisiyadan sonra, 1940 – cı ildə E. F. Şmidt qədim yaşayış məskənləri qalıqlarının təyyarədən foto-şəkillərini çəkmişdir.

1936-cı ildə A. Steyn Cənubi Azərbaycanın Cənub əyalətlərində arxeoloji kəşfiyyat işi, sonralar 1940-cı ildə isə İran arxeoloji idarəsi burada bir sıra qazıntılar aparmışdır; lakin bu qazıntılar elə bir əhəmiyyətli nəticələr vermədi. Əgər, bilavasitə mannalılara və onların qonşularına aid əsaslı arxeoloji qazıntılar olmasa idi, təbiidir ki, onların cəmiyyətinin iqtisadi və mədəni xüsusiyyətlərini də işıqlandırmaq mümkün olmazdı. Bu boşluğu məhz Manna ərazisində Ardı »

ÜmumiA.Bakıxanov adına Tarix İnstitutu - Əldə etdiyi elmi nəticələr

1997-2003-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümü 7-cildlik Azərbaycan tarixinin I, II, III, IV, V, VI cildlərini, "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900-1917-ci illər)", "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il. 1991-2000", "Bərdə şəhərinin tarixi (b.e.ə III əsr - b.e. XVIII əsri)", "Quba tarixi" və s. göstərmək olar. 2004-2011-ci illərdə Azərbaycan tarixinin müxtəlif problemləırini əks etdirən 300 yaxın monaqrafiya və kitab, 1500 dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri "Azərbaycan Xalq Cümhuriyyəti” (Azərbaycan və Ardı »