Ümumi → Atropatena-Roma əlaqələri
Selevkilərin parflar tərəfindən Şərq ölkələrindən qovulmasından sonra güclü olan romalılar Parfiyanın ciddi rəqibi kimi tarix meydanına çıxdılar. Romalılar Ermənistanı və ona qonşu olan ölkələri, eyni zamanda Şərq ilə Qərbi birləşdirən ticarət yolunu ələ keçirməyə səy göstərirdilər. E.ə. 69-cu ildə romalılar Ermənistanı tutmaq istədikləri vaxt Atropatena öz ordusu ilə birgə Ermənistanın müttəfiqi kimi çıxış etdi və Tiqranakert döyüşlərində birləşmiş Atropatena-Ermənistan orduları Romaya güclü zərbə endirdi. Həmçinin Atropatena Romaya qarşı Parfiya ilə də müttəfiqlik edirdi.
Strabonun göstərdiyinə görə bu dövrdə Atropatena qüdrətli hərbi qüvvəyə malik idi. Onun məlumatına görə Atropatena 10.000 süvari və 40.000 piyada orduya malik olmuşdur. E.ə. 36-cı ildə böyük bir qüvvə Ardı »