Azərbaycan xanlıqları → Üşnü mahalı
Tarixi[redaktə]
Üşnü mahalı şimaldan Urmiya, şərqdən Sulduz, qərbdən Qasımlı dərəsi ilə həmsərhəddir. Üşnü ümumiyyətlə dağlıq yerdir. Lakin onun əsas kəndləri mahalın mərkəzində uzanan düzənlikdə yerləşir. Qaradağ və Kəlləşin dağları arasındakı dərələrdən axan Əlixan və Ağçay bu düzənliyə tökülür. Həmin çaylar ovalığı suvardıqdan sonra Qədirçayla birləşir. Urmiya şəhərini su ilə təmin edən məşhur Şəhər çayı da həmin düzənlikdən keçməli olur.
Mahalın mərkəzi Üşnü şəhəri idi. Bəzi qaynaqlarda bu şəhər Üşnəviyyə adlanır. Dağlar qoynunda salınan bu köhnə şəhər gözəl iqlim şəraitinə malikdir. Orada çoxlu taxıl, dənli bitkilər və meyvə məhsulları istehsal edilirdi. Mahal bəylərinin iqamətgahı şəhərin şimal tərfində yerləşən "Dərin qala" adlı kənd idi. Sıldırım Ardı »