Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan xanlıqlarıAğası xan Xançobanlı Hakimiyyəti

Hakimiyyətlərinin ikinci ilində, 1767-ci ildə Fətəli xan Şəki xanı Hüseyn xanla birlikdə hücuma keçdi. Ağası xan Hüseyn xan ilə danışıqlar aparmaq üçün getdi. Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan da Məhəmməd Səid xanı həbsə alıb Dərbəndə göndərdi, şəhəri də Ağsuya köçürdü. Hər iki tərəfdən iki naib təyin etdilər. Ölkəni iki hissəyə böldülər. Sədari və Qəsani mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə Fətəli xana çatdı. Ardı »

Azərbaycan xanlıqlarıŞah Təhmasibin fərmanında adının hörmətlə çəkilməsi (1550)

1548-ci ildə, Şirvanşahlar xanədanından olan Bürhan Osmanlıların köməyi ilə Şirvanda əcdadlarının taxt-tacına yiyələnə bilmiş və iki ilə qədər səltənət sürdükdən sonra qızılbaşlarla toqquşma ərəfəsində öz əcəli ilə dünyasını dəyişmişdi. Şirvan Səfəvilər tərəfindən təkrarən tutulmuş və Abdulla xan Ustaclı bura bəylərbəyi təyin edilmişdi. Güman olunur ki, eyni zamanda Şəki hakimi "Dərvişməhəmməd xan da Səfəvilərə tabe olduğunu bildirmişdir"[12].

1550-ci ilin sentyabr ayında Şah Təhmasib Şirvan ölkəsinin dini işlər üzrə sədrinin səlahiyyətlərinin Şəkiyə də şamil olunması barədə fərman verdi. Fərmanda Dərvişməhəmməd xanın adı kifayət qədər hörmətlə çəkilərək qeyd olunur ki,

"Oranın hakimi, idarəçilik pənahı, hökumət büsatlı, kəramətli, hakimlərin dayağı, hakimiyyət və səadətin günəşi Dərvişməhəmməd xan yazılmış Ardı »

Azərbaycan xanlıqlarıDaxili və xarici siyasət

Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Onun dövründə xanlıq xeyli zəiflədi. Hacı xanın oğlu Rəhim xanın hakimiyyəti illərində xanlıqda daxili çəkişmə başlandı. Əliqulu xan, Vəliqulu xan və Abbasqulu xan Kəngərlilərin zamanında xanlıq xeyli zəiflədi. XVIII əsrin 80-ci illərində Xoy xanlığı, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxetiya çarlığı və İran zəifləmiş Naxçıvan xanlığını öz təsirləri altına alamağa çalışırdılar. 1783-cü ildə Xoy xanı Əhməd xan Naxçıvan xanlığını özündən asılı vəziyyətə salaraq orada, öz adamı Cəfərqulu xanı hakim təyin etdi (1783-1787). Əhməd xan Dünbüli 1786-cı ildə öldürüldü [5] və Naxçıvan xanlığı Xoy xanlığının asılılığından çıxaraq yenidən müstəqil oldu. Hakimiyyətə isə (1787) Kəlbəli xan Ardı »

Azərbaycan xanlıqlarıQəbristan mahalı Əhalisi

1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı, Xilə, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı. Ardı »

Azərbaycan xanlıqlarıVərəndə mahalı Tarixi

Əski-əntiq çağlarda Vərəndə mahalının ərazisində qıpçaq türkləri yaşayırdı. Bu türklər оturaq biçimində dövran keçirib sənətkarlıqla məşğul оlurdular. Zaman keçdikcə bu tayfalar peşələri ilə ilgili adlanmağa başladılar. Çanaqçı, çölməkçi, qaşıqçı, qıyıqçı, yaycı, yəhərçi və başqa adla Qarabağda çavlandılar. Sоnra mahalın ərazisinə оğuz türkləri köçdülər. Hər iki türk qrupundan оlan tayfalar əl-ələ verib mahalda xоş güzəran keçirirdilər. 1332-ci ildə Sultan Əbu Səid Bahadur xan Elxanlı Məhəmməd bəy Baytmış bəy оğlu Quşçunu Qarabağa hakim təyin etdi. Məhəmməd bəy Qıpçaq tayfasından idi. Qarabağa gələrkən öz eli оlan quşçuları da gətirdi. Quşçulardan bir оymaq Vərəndə mahalında yerləşdi. Feоdal ara savaşları dönəmində mahal ərazisində yaşayan türklərin əksəriyyəti Ardı »

Azərbaycan xanlıqlarıMehdiqulu xan

Mehdiqulu xan Cavanşir - Qarabağın sonuncu hakimi, General-mayor, Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın atası.

Həyatı[redaktə]
İbrahimxəlil xan Cavanşirin oğludur.
Xurşidbanu Natəvanın atasıdır.
Mehdiqulu xanın babasıdır.
Xanbikə xanımın babasıdır. Ardı »

Azərbaycan xanlıqlarıBakı xan sarayı

Bu saray kompleksi, İçərişəhərin Şamaxı darvazasına yaxın, sağ tərəfdəki binaların yerində olmuş və dövrümüzə qədər qalmamışdır. Axrıncı Bakı xanı Hüseynqulu xanın sarayından, Əbdürrəlim bəy və Mehdiqulu bəyin evlərindən ibarət olan bu kompleks yeddi qapalı həyətin ətrafında düzülmüş yüzdən çox otaqdan ibarət idi. Kompleksin əsasını təşkil edən Xan sarayının böyük həyətində meyvə bağı və bağın ortasında hovuz olmuşdur. Saray və bəylərin evi əsasən ikimərtəbəli olub, memarlıq xüsusiyyətinə görə bir çox Azərbaycan evlərinin xüsusiyyətlərini əks etdirmişdir. Eyvanlar, şəbəkəli pəncərələr, balaxana kimi memarlıq elementləri bu qəbildəndir. Eyni zamanada yaşayış otaqlarının plandakı qarşılıqlı vəziyyəti Şirvanşahlar sarayının planını xatırladır. Kompleksin inşaat tarixi haqqında əlimizdə qalan plan Ardı »