Azərbaycanla bağlı tayfa və qəbilələr → Xanməhəmməd bəy Ustaclı
Həyatı[redaktə]
Xanməhəmməd bəy Mirzə bəy oğlu Ustaclı elinin Təmişli oymağındandır. O, I Şah İsmayıl Səfəvinin yaxın adamlarından sayılırdı. Qızılbaşlar məmləkətinin adlı-sanlı sərkərdələrindən idi. Şahın Şirvan yürüşündə iştirak etmişdi. Səliqə-səhmanı, ədəb-ərkanı, qəyyur-qoçaqlığı ilə şahın diqqətini cəlb etmiş, vəzifədə irəli çəkilmişdi. Şahın bacılarından birinə evlənəndən sonra, 1507-ci ildə Diyarbəkr bəylərbəyi təyin olunmuşdu.
Xanməhəmməd bəy Diyarbəkrə gələndən sonra yerli ağalara qarşı savaşa başladı. Tarixçi Həsən bəy Rumlu yazır: "Həmin müharibədə Qasım bəyin 10 min nəfərlik qoşununa qarşı, Xanməhəmməd bəy Ustaclının 2 min nəfər qoşunu vuruşdu və qalib gəldi". [1]
"Cahanarayi-Şah İsmayıl Səfəvi" adlı tarixi əsərdə yazılır: "Xanməhəmməd bəy Ustaclı Diyarbəkri başdan başa tutaraq, böyük qələbələr qazanmışdı... Bütün Ardı »