Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Ağqoyunlu imperiyasının yaranması

Qaraqoyunlular dövləti süqut edir, Teymurilər dövləti isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtı Təbriz olur.

Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Artıq onun bir, lakin çox güclü düşməni qalmışdır,bu, Osmanlı dövlətidir. Onunla mübarizə aparmaqdan ötrü isə köhnə metodlar keçmir. Bunun üçün ölkəni iqtisadi cəhətdən möhkəmləndirmək, ordunu yenidən təşkil etmək və güclü müttəfiqlər tapmaq lazımdır. Uzun Həsən özünəməxsus çeviklik və enerji ilə bu məsələlərin həllinə başlayır. Qeyd etmək lazımdır ki, o, bundan əvvəl də həmin istiqamətdə Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Farsın hökmdarları

Sultan Ömər Şeyx mirzə 1393—1394
Pir Məhəmməd mirzə 1394—1400, 1403—1409 (İsfahanın hakimi 1408—1409)
Sultan İskəndər mirzə Həmədanın hakimi 1403—1409
Rüstəm mirzə İsfahanın hakimi 1405—1408
Sultan İskəndər mirzə 1409—1414
Sultan İbrahim mirzə 1414—1435
Bayqara mirzə Lurestanın hakimi 1414—1415
Abdulla mirzə 1435—1450 Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Məlikmüzəffər Şahsuvar bəy Zülqədər

Həyatı[redaktə]
Süleyman bəyin ikinci oğlu Sahsuvar bəy Məlikmüzəffər ləqəbini daşıyırdı. 1467-ci ildə 1473-cü ilədək bəyliyin hökmdarı olmuşdu. Şahsuvar bəyin üstündə osmanlılarla məmlüklər arasındaki dostluq daha da pozuldu. Bu dönəmdə Zülqədərli bəyliyi üzərindəki Osmanlı-Məmlük nüfuz mücadiləsi daha da artdı. Məmlük sultani Xoşqədəm, Zülqədərli taxtı üçün yeni bir namizəd tapdı. Şahsuvar bəyin qarşısına bir rəqib çıxarmaq üçün onun əmisi Rüstəm bəyi taxtı ələ keçirməyə təşviq etsə də, bir nəticə əldə edə bilmədi. Məmlük sultani daha sonra Şahbudaq bəyə qüvvələr verərək onu Maraş və Əlbistan üzərinə göndərdi. Qardaşlar arasındaki bu mücadiləni də Şahsuvar bəy qazandı. Məmlük sultani zülqədərlilər üzərinə Sam valisi Berdi bəy başçılığında bir Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Azərbaycan bayandurları

Faruq Sümer yazır ki, indi bayandırların yurdu Azərbaycan torpağındadır.

Bayandırın boyunun türk tarixindəki ən mühüm rolu onun Anadolunun fəthində və məskunlaşdırılmasında iştirakından sonra ağqoyunlu dövlətinin qurmasıdır. Buna görə Ağqoyunlular xanədanına türk qaynaqlarındva bayandırlı, fars qaynaqlarında bayandıriyyə adı vеrilir. Ağqoyunlu xanədanı Bayandır xanın nəsli olmaqla fəxr еdirdi. Həmin xanədan ağqoyunlu dövlətinin son dövrlərində xеyli qələbəlik idi, lakin onların mühüm bir qismi taxt-tac uğrunda mübarizədə tələf olmuşdu Türkiyədə bu xanədana mənsub olanlardan bəzilərinin nəsli bu günə qədər davam еtmişdir.

Türkman Iskəndər bəyin sözlərindən bеlə çıxır ki, xanədan üzvlərdən bir qismi də Səfəvilər zamanında İranda yaşamışdır. Səfəvi hökmdarının onları məhv еtməsi hеyrət doğurur. Səfəvi dövründəki ağqoyunlu Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Süleyman bəy Zülqədər

Həyatı[redaktə]
Süleyman bəy 1443-cü ildən 1465-ci ilədək Zülqədər bəyliyinin başçısı olmuşdu. Nasirəddin Məhəmməd bəyin ölümündən sonra Zülqədəroğulları bəyliyinin başına Süleyman bəy keçdi. Onun zamanında Zülqədər-Osmanlı ilişkiləri geniş inkişaf etmişdi. Süleyman bəy qızı Satı Mükrimə xatunu II Muradın oğlu II Məhəmmədə (Fatehə), diğər qızını da məmlük sultanı Zahir Çaxmağa verdi. İki böyük dövlətlə qohumluq edərək bəyliyini Qaramanoğulları və Ağqoyunlulara qarşı müdafiə üçün dəstək aldı. Əlaüddövlə Bozqurd bəyin atası olan Süleyman bəy, Maraşdaki Ulu Məscidi tikdirmişdi.

Ailəsi[redaktə]
Süleyman bəyin Şahbudaq bəy, Şahsuvar bəy, Məlik Arslan bəy, Bozqurd bəy, İsa bəy, Salman bəy, Xudadad bəy, Yəhya bəy, Yunis bəy, Ərdivanə bəy, Əbdürrəzzaq bəy adlı oğulları, Satı xatun Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Qaragözlülər

Qaragözlülər — Əsasən Güney Azərbaycanın Həmədan şəhərində yaşayan türkdilli tayfa. Səlcuqların dövründə gəldikləri güman olunur. Qaragözlülərin adı mənbələrdə ilk dəfə XVI əsrdə çəkilir. XVIII əsrdə Güney Azərbaycanın ictimai həyatında aktiv iştirak ediblər. Qaragözlülər əsasən maldarlıqla məşğul olurlar. Azərbaycanın Şabran və Zəngilan rayonlarında Qaragözlülər toponimi də bu tayfa ilə bağlıdır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Artember

Midiyalı bir zadəganın adıdır. Əksər tədqiqatçılar art komponentinə görə, İranmənşəli ad sayırlar. Ehtimal ki, hürritcə ardi – pay, qismət, pay, şumercə am – bu, budur və par – parladı, işıqlandı sözlərindən ibarət olmaqla teofor addır. Təxminən Bu (yəni doğulmuş körpə allah tərəfindən verilmiş) paylayan paydır mənasındadır. Ardı »

Azərbaycanla bağlı tayfa və qəbilələr‎Oruc bəy Bayat

Həyatı[redaktə]
Bəzi tədqiqatçıların fikrincə, Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal olunur. Onun atası, türk-qızılbaş tayfalarından olan məşhur Bayat soyunun nümayəndəsi Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin (1578-1587) və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olub.

Xudabəndənin hakimiyyəti illərində az qala bütün Azərbaycan Osmanlı imperiyası tərəfindən işğal olunmuşdu və səfəvi hakimlərinin bütün cəhdləri ilk növbədə Təbrizin azad olunmasına yönəldilmişdi. Gənc Oruc bəy atası ilə birlikdə Təbriz uğrunda döyüşlərdə iştirak edir 1585-ci ildəki belə döyüşlərdən birində atası Sultanəli bəy Bayat həlak olur və onun öz hesabına topladığı 300 nəfərlik dəstənin komandanlığı Oruc bəyə tapşırılır. Bundan sonra Oruc bəy Həmzə Mirzənin apardığı bir sıra əməliyyatlarda iştirak Ardı »