Urologiya → Böyrək xəstəliklərindən qorunmaq lazımdır
Xroniki böyrək xəstəliyi üçün "yüksək risk qrupları" arasında şəkər xəstələri, hipertoniyası olanlar, ürək-damar xəstəliyindən əziyyət çəkənlər, yaşlılar və ailəsində böyrək xəstəliyi olanlar aiddir. Digər qruplara isə piylənmə xəstəliyi olanlar, siqaret çəkənlər, böyrəyində daş və sidik yolu infeksiyaları olanlar, tez-tez ağrı kəsici dərmanlardan istifadə edənlər və s. daxildir.
Orqanizmin müxtəlif funksional sistemlərində olan bəzi xəstəliklər böyrəklərin də fəaliyyətinin pozulmasına səbəb olur. Bunun üçün düzgün müayinə vacibdir. Sidiyin ümumi müayinəsində leykositlərin, bakteriyaların, eritrositlərin və zülalın miqdarının artmasını; qanın biokimyəvi müayinəsində isə qanda sidik cövhəri, kreatinin, azot qalığı, turşu-qələvi müvazinəti göstəricilərini müəyyənləşdirmək məqsədə uyğundur.
Düzgün diaqnoz nə qədər əhəmiyyətlidirsə müalicə də bir o qədər vacibdir. Ardı »