Urologiya → Böyrəklərin vərəmi
Vərəm mikobakteriyaları böyrəyə hematogen yollarla keçirlər. Bəzən böyrək vərəmi özünü dissemin vərəm kimi biruzə verir.
Böyrəkdə vərəm prosesinin baş verməsi üçün mikobakteriyaların daxil olmasından başqa münbit şərait də lazımdır, xüsusən də, orqanizmin xüsusi immun patoloji halı və böyrək toxuması və s. Patoloji prosesin sidik yollarına yayılması limfatik yollarla baş verir. Patoloji anatomik təsvirə xas olan müxtəlifliklər: xüsusi ekssudasiya və proliferasiya, xüsusi ziyillər, kavernozlar, böyrək məməciklərinin və sidik yollarının əyilməsi. Vərəm zədələnməsi ocağının ətrafında interstisial toxumanın qeyri-spesifik iltihabı inkişaf edir.
Simptomlar və gedişat
Xəstəliyin başlanğıcında heç bir xarakterik əlamət bilinmir. Zəiflikdən, yorğunluqdan, subfebril temperaturdan, bel nahiyəsində küt, qeyri-müəyyən ağrılardan şikayət sidiyin diqqətlə araşdırılmasını Ardı »