Urologiya → Tənasül üzvlərinin zədələnmələri
Kişi tənasül üzvlərinin zədələnməsi və korlanması müxtəlifliyi həqiqətən təsəvvürə gəlməzdir. Əsasən bu tənasül üzvünün birləşdirici pərdəsinin kəsilməsi və cırılması, kəsilmiş, əzilmiş və ya dişlənilmiş tənasül üzvü, dərialtı kavernoz cisimlərin cirilması, tənasül üzvünün yerindən çıxması, sıxılması, kisəciyin zədələnməsi, xayanın burulması və s. ola bilir. Tənasül üzvünün zədələnməsi daha çox ucluq, başcıq, kavernoz cisimlərdə və kisəcikdə ola bilər.
Qeyd etmək lazımdır ki, kiciklərə nisbətən böyüklər tənasül üzvünün zədələnməsi sahəsində gözlənildiyindən daha zirəkdirlər.
Tənasül üzvünün ən çox yayılmış xırda zədələnmələrindən biri zəncirbəndlə dərinin sıxılmasıdır. Yara səthinin balaca olmasına baxmayaraq bu çox ağrılıdır. Zəncirbəndi açarkən yaranı təzələməmək üçün yaxşı olar ki, zəncirbənd dərinin sıxılmış yerinin Ardı »