Maraqlı melumatlar → Əgər Allahdan Qorxmursansa...
XIX əsrdə yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsarinin təqvası və dünya malına etinasızlığı məşhur idi. Nəcəf şəhərində ömür sürən alim o zamanlar şiə aləminin ən ünlü mərceyi-təqlidi kimi tanınırdı. Müsəlman dünyasının hər guşəsindən xüms və zəkat pullarını ona göndərirdilər.
Şeyx Ənsari isə bunlara gözünün ucu ilə də baxmaz, hamısını şəriətdə nəzərdə tutulmuş tərzdə ehtiyaclıların arasında paylayardı. Özünün dediyi kimi, o, “bir şəhərdən o biri şəhərə mal aparan çarvadar” kimi varlıların ödədiyi dini vergiləri kasıblara ötürməklə məşğul idi.
Şeyx Mürtəza Ənsarinin qardaşı Mənsur da dini elmlər sahəsində müəyyən səviyyəyə çatmışdı. Onun da yaşayışı Şeyx Mürtəzanın dolanışığı kimi keçirdi. Mənsur son dərəcə imanlı bir şəxs Ardı »