Maraqlı melumatlar → ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-RAUF
ər-Rauf – «Sənin Rəbbin şəfqətli (RAUF) və mərhəmətlidir (RAHİM)». (ən-Nəhl 7). Həlimi deyir ki: «Rauf – qullarına acıyan, onlara asanlıq istəyən deməkdir. Uca Allah qullarına qaldıramayacaqları ibadətlər və yüklər ilə yükləməmişdir. Xəstəlik, qocalıq və zəiflik kimi hallarda onlara bir çox ibadətləri asanlaşdırmışdır. Hətta edə biləcəkləri bir çox şeyləri onlara yükləməmişdir. Allah şəfqət və mərhəmət sahibidir».
Hər müsəlman Allahdan başqa mütləq şəfqət sahibi olmadığını, onun şəfqətinin biz insanların şəfqəti kimi olmadığını bilməlidir. Allahın qullarına bol nemətlər verməsi, onları cürbəcür təhlükələrdən qoruması Onun qullarına olan şəfqəti və mərhəmətidir. Bəzən də müsibət verərək onları içində olduqları qəflətdən ayıltması da Onun şəfqət və mərhəmətidir. Bu bəla Ardı »