Maraqlı melumatlar → Xanım Səkinə Müsibəti: Hicrətdən 117 Il 4 Gün Sonr
Mədinə şəhəri. Hicri-qəməri ilə 117-cı il, rəbiül-əvvəl ayının 5-i.
117-cı il.
Yəni, əziz İslam Peyğəmbərinin (ə) Məkkədən Yəsribə hicrət etdiyindən 117 il keçib.
Yəni, Yəsribin Mədineyi-Münəvvərəyə çevrilməsindən 117 il keçib.
Rəbiül-əvvəl ayı.
Bu ayın hilalının hansı nurani düşüncələrə qərq olmasından, hicrət edən Rəsulun (s) yatağında ölümü qarşılamağa hazır olaraq uzanan Mövla Əlinin (ə) səhnəsindən necə vəcd tapdığını dillər söyləməyə və qələmlər yazmağa imkansızdır.
***
Bəqi qəbiristanlığı. Camaat nədənsə buraya yığışıb, saatlarla gözləyir. Yığılanlardan bəlli olur ki, dünyasını dəyişmiş sıradan bir insan deyil. Mədinənin nurani insanları hamısı bu gün buradadır. Alimlərin, ədiblərin də olması bəlli edir ki, fani dünyaya vida demiş Xanım – təqva və inanclılıq Ardı »