Maraqlı melumatlar → Kiçik Günahlar Bağışlanırmı?
İslam alimləri günahları iki növə bölmüşlər: 1. Böyük günahlar (kəbirə); 2. Kiçik günahlar (səğirə).
Bu bölgüdə alimlər Qurandan və imamların kəlamlarından bəhrələnmişlər.
"Nisa" surəsinin 31-ci ayəsində Allah-təala buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq".
"Kəhf" surəsinin 49-cu ayəsində oxuyuruq: "(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün Ardı »