Maraqlı melumatlar → QƏLBİN DƏYİŞKƏNLİYİ ŞEYTANIN VƏSVƏSƏSİDİR
Imam Mühəmməd Baqirin (ə) səhabələrindən biri o həzrətə dedi: “Ey Peyğəmbərin övladı! Nə zaman ki Sənin hüzuruna gəlirik, qəlbimiz rahatlanır, dünyanı unuduruq, mal-dövlət gözümüzdən düşür. Amma Səndən ayrılıb camaatın arasına qayıdan kimi yenə dünyaya bağlanırıq”.
Imam buyurdu: “Bu, qəlbin hallarına (vəziyyətlərinə) aid olan bir məsələdir. Insanın qəlbi gah bərkiyir, gah da yumşalır”. (Yəni insanin qəlbi gah riqqətə gəlir, imanla dolur, gah da kobudlaşır, mənfi hisslərlə yüklənir).
Sonra o həzrət buyurdu: “Peyğəmbərin səhabələri də Ona demişdilər: “Ey Allahın Rəsulu! Qorxuruq ki, münafiq olarıq”. Peyğəmbər soruşdu: “Niyə belə deyirsiniz?”. Səhabələr cavab verdilər: “Ona görə ki, Sənin hüzurunda olub Sənin nəsihətlərini eşitdiyimiz vaxt ürəyimiz Allah Ardı »