Maraqlı melumatlar → Zikr haqqında bir nöqtə
İlahi, biz istəyirik ki, Səni yad edək. Lakin bu iş üçün özün tövfiq əta et.
Biz zikrin, Allahı yad etməyin ən üstün mərtəbəsinə çatmaq istəyirik. Buna görə də Allahın qəlblə zikrimizi getdikcə yüksək mərtəbələrə ucaltmasını və hər bir zikr mərtəbəsini o biri mərtəbəyə keçid vasitəsi etməsini istəyirik. Fərz edin ki, qaranlıq bir otağa daxil olub, işıqları yandırmaq istəyirsiniz. Lakin işıq düyməsinin harada yerləşdiyini bilmirsiniz. Əvvəlcə fənər yandırıb düymələrin yerini tapır, sonra isə otağın tamamilə işıqlanması üçün onları bir-birlərinin ardınca yandırırsınız. Zikr də öncə o biri mərhələyə keçid vasitəsi olan zəif mərtəbələrdən başlanır.
Quyu qazan şəxs, nəmli torpağa çatarkən həmin yerə diqqətlə baxır Ardı »