Maraqlı melumatlar → Kim Cənnətə Daxil Olmayacaq?
Peyğəmbər (s.ə.s) buyurur:
«Duasının qəbul olunmasını, kədərlərinin açılmasını istəyən, borcunu ödəyə bilməyən, çətin vəziyyətdə qalmış kimsəni bu vəziyyətdən qurtarsın».
«Ey Allah bəndələri! Bir-birinizə arxa çevirməyin, bir-birinizdən qırılmayın, bir-birinizlə qardaş olun. İki möminin bir-birindən küsməsi üç gündür. Əgər (üç gündən sonra) danışmasalar, bir-biriləri ilə kəlmə kəsməyənə qədər Allah onlardan üz çevirər».
«Din qardaşı ilə üç gündən artıq küsülü olmaq doğru deyil. Üç gündən sonra onunla qarşılaşarsa, salam verib halını soruşmalıdır. O biri də salamı alarsa, birlikdə savaba çatarlar. Əgər salamı almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar».
«Bir-birindən küsülü olan iki adamdan kim əvvəlcə salam verərsə, günahları bağışlanar. Salam verdiyi Ardı »