Maraqlı melumatlar → CƏHƏNNƏMİN GENİŞ VƏ DİBİNİN DƏRİN OLMASI
Həqiqətən, Cəhənnəm ucu-bucağı olmayan, hündür divarları və dərin dibli olması ilə vəsf olunan bir məkandır.
Əbu Hüreyrənin (Allah ondan razı olsun!) rəvayət etdiyi aşağıdakı hədis də belə bir təsvirə dəlalət edən hədislərdəndir. Belə ki, Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «Kafirin dərisinin qalınlığı nəhəng insanın dirsəyinin qırx iki misli uzunluğunda, azı dişi Uhud dağı böyüklüyündə və tutduğu yer isə Məkkə ilə Mədinə arasındakı məsafə qədər olacaqdır». Hədisi Tirmizi rəvayət etmişdir, Albani isə hədisi səhih adlandırmışdır.
Əgər Cəhənnəmdəki kafirlərdən birinin azı dişi Uhud dağı böyüklüyündə, tutduğu yer Məkkə ilə Mədinə arasındakı məsafə uzunluğunda və dərisinin qalınlığı qırx iki dirsək Ardı »