Maraqlı melumatlar → BÜTÜN GÜNAHLARIN TÖVBƏ İLƏ MÜALİCƏSİ
Tövbənin mənası və hökmü:
Tövbə lüğəvi mənada dönüş, dini istilahı isə günahdan dönüş deməkdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, “Günahdan dönüş o deməkdir ki, ona bir daha qayıtmayasan”. Hədisi Beyhaqi “Süən” əsərində qeyd etmişdir. Müsəlmanın işlətdiyi hər bir günaha və asiliyə görə tövbə etməsi vacibdir...
Tövbə həycana, psixi gərginliklərə və sarsıntılara yol açmış günah zincirindən xilas edən məlhəmli dərman kimidir. O, günah duyğularını sakitləşdirən hissi boşluqdan sonra ruhun rifahına kömək edir. Bu da şəriətin gözəlliklərindən biridir. Onun səmərəsi Allah sübhənahu və taalaya itaət, əsl şəxsiyyətin yenidən qurulması və günahın rəzilliyinin məhv etdiyi özünə inmadır. Hər bir Adəm Ardı »