Maraqlı melumatlar → Duanın fəziləti
Duanın çoxlu və əzəmətli faydaları vardır. Bunlardan;
1. Dua Allaha itaət, və Onun əmrini yerinə yetirməkdir. Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua
edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Ğafir,60)
2. Dua ibadətdir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur: “Həqiqətən dua ibadətdir”. (Əbu Davud, Tirmizi, İbn Macəh. Albani hədisi səhihləşdirmişdir)
3. Allah üçün ən əziz əməldir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun)
buyurmuşdur: “Uca Allaha duadan əziz şey yoxdur”. (Tirmizi, İbn Macəh, Əhməd.Albani hədisi həsənləşdirmişdir) Başqa hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Sizin Rəbbiniz həyalı, kərəm Sahibidir, əllərini Ona tərəf Ardı »