Maraqlı melumatlar → Ölüm Haqqında Xütbə
ÖMƏR İBN ABDUL-ƏZİZİN XÜTBƏLƏRİNDƏN
Abdullah bin Bəkr bin Həbib əl-Səhmi rəvayət edir: Əl-Cunaabiz məscidində bir kişi bizə dedi ki, Ömər bin Abdul-Əziz Xunəsirədə camaata bir xütbə verdi və dedi:
Ey insanlar! Siz əbəs yerə xəlq olunmamısınız, nə də öz başınıza tərk olunmayacaqsınız. Allah təala buyurur:Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! (Əl-Qiyamə, 36).
Əksinə, siz elə bir məkana dönəcəksiniz ki, Allah təala sizin aranızda hökm vermək və sizin aranızı ayırmaq üçün gələcəkdir. Məhrum olanlar və xüsrana uğrayanlar o kəslərdir ki, Allahın hər bir şeyi əhatə edən rəhmətindən məhrum olmuşdurlar və cənnətdən uzaqlaşdırılacaqlar. O cənnət ki, onun sərhədləri göylər və yer Ardı »