Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarİslamın Gözəllikləri (İslamın ədalətli şəriət olması)

İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:
"(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik..." (əl-Bəqərə: 143).

Bəzi alimlər deyirlər: "Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşanlar, nə də qayğısızdırlar, lakin onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, adil işdir".
Ərəb dilində "vəsət" sözü xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında Ardı »

Maraqlı melumatlarHəcc əməlləri!!!

Təməttü həccinin ikinci vacib əməli Zilhiccə ayının doqquzu günündə Ərəfat adlanan məntəqədə qalmaqdır. Zəvvar bura çatdıqda belə bir niyyət etməlidir: "Allaha yaxınlaşmaq və təməttü həcci üçün zöhr azanından şam azanına qədər Ərəfatda qalıram".

Ərəfatın əhatə dairəsi xüsusi işarələrlə müəyyən edilmişdir və oradan kənara çıxmaq olmaz. Ərəfatda qalmaq həccin əsas hissələrindən birini təşkil etdiyi üçün oranı bilərəkdən tərk etmək həcci bütünlüklə batil etir. Günün müəyyən hissəsində oranı tərk etdikdə isə insan günah etmiş olsa da, həcci batil olmur. Qeyri-ixtiyari tərk etdikdə də günah etməmiş olur. Amma bilərəkdən Ərəfatda qalmağı unudub orada qalma vaxtı da qurtararsa, həcc düzgün hesab olunur. Belə olduqda zəvvar Məşərdə Ardı »

Maraqlı melumatlarÖz ərinin evindən başqa evdə qadın öz paltarlarını soyuna bilərmi?

Sual-Hədisdə sabit olmuşdur ki, qadına öz ərinin evindən başqa bir evdə paltarlarını soyunması qadağandır. Bu qadağandan məqsəd nədir? Yaxşı, bəs qadın öz ailəsinin və yaxud qohumlarının evində paltarlarını soyuna bilərmi?

Cavab: Həmd Allaha məxsusdur.
İmam Əhməd, İbn Macə və Hakimin (Allah onlara rəhmət etsin) Aişədən (radiyallahu anhə) rəvayət etdiyi hədisdə deyilir: “Hansı qadın öz ərinin evindən başqa bir evdə paltarlarını soyunarsa, qadın onunla Allah arasında olan pərdəni dağıtmışdır”. (yəni, Allah onu ifşa edər).
Əhməd, Təbarani, Hakim və Beyhəqinin (Allah onlara rəhmət etsin) başqa bir ləfzlə (mətinlə) Əbu Ümamədən radiyallahu anhu rəvayət etdikləri hədisdə deyilir: “Hansı qadın paltarlarını soyunarsa (ərinin evindən başqa bir Ardı »

Maraqlı melumatlarƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-SƏLAM

əs-Səlam – Bu İsimlə isimlənməyə Uca Allah digər məxluqatdan daha mustəhaqdır. Çünki O, bütün ayıblardan, nöqsanlardan Səlamdır. «Quddusdur (nöqsanlıqdan münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır)». (əl-Həşr 22-24). Müsəlmanların sözlərinə gəlincə isə: Əssələmu Aleykum – ona salam verilənə aldatmaqdan, öldürməkdən, ondan gələcək çirkin şeydən salamatını bildirir. O, da eyni qarşılığı verərək Uca Allah eynisini sənə də nəsib etsin.

Rəhmət və bərəkətə gəlincə isə bu ikisi yalnız Allaha izafə edilir. Buna görədir ki: Mənim bərəkətim və rəhmətim sizin üzərinizə olsun – deyilməz, Məndən səlam sizin üzərinizə olsun – deyilə bilər. Səlam nöqsanlardan və ayıblardan salim olandır. Səlam ilə Ardı »

Maraqlı melumatlarQafilin,cahilin canı,ruhu bu duadan uzaqdır.

Bir nəfər gecələri qalxar, Allaha əl açıb Ona dua edərdi. Bir gün şeytan ona deyir ki: "Ey Allahi çox anan insan Bütün gecə "ALLAH" deyib çagırırsan. Heç sənə "BUYUR" deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qeder belə dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə deyirlər: "Özünə gəl, oyan. Niyə dua və zikri tərk etdin? Niyə usandın?"
O: "Buyur deyə bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram" deyir.
Səs: "Sənin "ALLAH" deməyin, Onun "BUYUR" deməsidir. Sənin yalvarışın Allahin sənin ruhuna ilham verməsi, önünü açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün kəməndidir. Sənin hər "YA RƏBBİM" deyişinin altında Ardı »

Maraqlı melumatlarQadının naməhrəm kişiyə baxması.

- Allah (subhənəhu və təalə) qadınlara naməhrəm kişilərə baxmamağı əmr etmiş və buyurmuşdur:
- Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər . (Nur, 31)

Hafiz ibn Kəsir (rahiməhullah) demişdir:
- Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər . (Nur, 31) sözü ərlərindən başqa, baxılması qadağan edilmiş kəslərdən nəzərlərini qorusunlar- mənasındadır.Bu səbəbdən əksər alimlər qadının naməhrəm kişiyə şəhvətli və ya şəhvətsiz –olaraq baxmasının caiz olmadığl görüşündədirlər. (Təfsirul Quranil Azim, cild-3, səh. 283)
Bu qadağanın səbəbi isə budur ki, qadınların kişilərə, kişilərin isə qadınlara baxması zinaın ən başlıca səbəbidir.Hətta Peyğəmbərimiz –Sallallahu aleyhi və səlləm bunu göz zinası adlandırmışdır.
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət Ardı »

Maraqlı melumatlarАллаху Акбар !

Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!

Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!

Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.

Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar...

Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -

Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.

Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!

O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!

O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər Ardı »

Maraqlı melumatlarMiras.

Istanbuldaki mewhur Topqapi muzeyinde Allah Resulunun muqeddes emanetleri saxlanilir ve numayiw etdirilir. Her il muzeye gelen milyonlarla adam Peygemberimizin mubarek saqqalinin tukunun, qirilmiw diwinin, ayaq izinin,mektublarinin, esasinin, oxunun saxlandigi otaqlarda ayaq saxlayir, bu qeder sade, tevazokar heyat terzi kecirmiw bir Insani yad edir, Onunla bagli olan, Onu tesdiq eden diger bir emanet-ONUN ucun ayrilmiw otaqda butun gunu 24 saat fasilesiz oxunan Qur'ani - Kerimi dinleyir. Bu gun de Allahin bu iki Emaneti biri digeri tamamlayaraq. Tesdiqleyerek yer uzerine gozel exlaqi yaymaqda davam edirler. Ardı »