Maraqlı melumatlar → Həcc əməlləri!!!
Təməttü həccinin ikinci vacib əməli Zilhiccə ayının doqquzu günündə Ərəfat adlanan məntəqədə qalmaqdır. Zəvvar bura çatdıqda belə bir niyyət etməlidir: "Allaha yaxınlaşmaq və təməttü həcci üçün zöhr azanından şam azanına qədər Ərəfatda qalıram".
Ərəfatın əhatə dairəsi xüsusi işarələrlə müəyyən edilmişdir və oradan kənara çıxmaq olmaz. Ərəfatda qalmaq həccin əsas hissələrindən birini təşkil etdiyi üçün oranı bilərəkdən tərk etmək həcci bütünlüklə batil etir. Günün müəyyən hissəsində oranı tərk etdikdə isə insan günah etmiş olsa da, həcci batil olmur. Qeyri-ixtiyari tərk etdikdə də günah etməmiş olur. Amma bilərəkdən Ərəfatda qalmağı unudub orada qalma vaxtı da qurtararsa, həcc düzgün hesab olunur. Belə olduqda zəvvar Məşərdə Ardı »