Maraqlı melumatlar → Səhih Müslim (İman kitabıkitabı)
Birinci fəsil: Ən birinci iman “Lə iləhə illəllah” (Allahdan başqa haqq məbud yoxdur) deməkdir.
1.Əbu Cəmradan belə rəvayət olunur: “Abdullah ibn Abbasın (r.a) önündə insanlara dediyini tərcümə edirdim. Onun yanına bir qadın gəlib, saxsı qabda qıcqırdılmış şərab haqda soruşduqda o, belə dedi: “Peyğəmbərin (s.av) yanına Əbd əl-Qeys qəbiləsindən bir neçə nəfər gəldi. Peyğəmbər onlardan soruşdu: “Kimsiniz və ya hansı tayfadansınız?” Onlar: “Rabiədənik!” deyə cavab verdilər. Peyğəmbər (s.a.v) dedi: “Gələn kəslərə və ya tayfaya salam olsun, rüsvayçılıq, peşmançılıq uzaq olsun sizdən!” Onlar dedilər: “Ey Allahın Elçisi, sənin yanına uzaq yoldan gəlmişik, səninlə bizim aramızda olan yol kafir Mudar qəbiləsinin ərazisidir, buna görə sənin Ardı »