Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarALLAH`ın Kimdir? Peyğəmbərin (s.a.a.) Kimdir?

ALLAHIN KİMDİR?

İki nəfər qorxunc çöhrəli, vahiməli heykəlli, nəhəng, div kimi qəbrə daxil oldular.
Ağızlarından və burun dəliklərindən tüstü, od-alov püskürürdü. Əllərində odda qızarmış, alov saçan gürzlər vardı. Onlar yeri-göyü titrədən ildırım səsiylə cənazədən soruşdular: “Mən Rəbbukə?”-Allahın kimdir,

Qorxu və dəhşətdən dilim-ağzım qurumuşdu. Elə bildim ki, ruhsuz cənazə onların cavabını verə bilməyəcək və onlar da heç şübhəsiz, gürzlərlə elə vuracaqlar ki, qəbir alovla dolacaq. Vəsfə gələcək bu dəhşətdə, yandırıcı od daha da artacaq. Yaxşısı budur, mən cavab verim. Çarəsizlərin çarəsizi, dara düşənlərin ümidi Haqqa üz tutub, qəlbimdə dara düşənlərin yardımçisi Əliyyibni Əbi Talibə (a) mütəvəssil oldum. (Himayədarlığa çağırmaq, istəyini Allahdan İmam vasitəsi ilə almaq.)

Onu Ardı »

Maraqlı melumatlarCəhənnəmdə Olmağın Səbəbləri

Cəhənnəmlik olmağın bir çox səbəbləri vardır ki, onları da Allah-taala Öz müqəddəs kitabında, Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) isə sünnəsində bizlərə açıqlamışdır. Bu səbəbləri iki qrupa bölmək olar. Birinci qrupa aid olan səbəblər onu törədənin əbədi cəhənnəmlik olmasını labüd edir. İkinci qrupdakı səbəbləri törədənlər isə müvəqqəti olaraq Cəhənnəmdə qalmağa layiq görülürlər. Aşağıda bu səbəblərin hər biri haqqında qısaca olaraq danışmağa çalışacağıq.

Cəhənnəmdə Olmağın Səbəbləri..

1. İbadətdə Allaha şərik qoşmaq. Bu barədə Allah-taala Quranda belə buyurur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah Ardı »

Maraqlı melumatlar‘’muta Nigahın’’ Esas Xsusiyyetlerinden En Menfi O

10. İnsanları, elaxüsus cavanları, siğe adlandıraraq ‘’muta’’ nigahına sövq ederek ve bununla şirniklendirerek, öz aralarına celb etmeye çalışırlar. ‘’Muta nigahu’’ (müveqqeti nigah) – islamiyyetden evvelki cahiliyye dövrünün xsusiyyetlerinden biri olaraq, cahillik ve pozğunçuluq mühitinde heyat süren müşriklerin arasında meydana çıxıb, yayılmışdır. Lakin İslam dinin berqarar olmasıyla Peyğemberimizin (s.a.v) emri ile (hicretin 8-ci ilinde, ‘’Heyber’’ gününde) bu cür şerefsizlik nümunesi leğv edilmişdir. ‘’Muta nigahı’’ – müveqqeti nigah, yeni bir-neçe günlük ve ya bir-neçe saatlıq cinsi münasibet üçün keçirilen nigah aktı, qetiyyetle leğv edilmişdir ve ancaq emelli-başlı kebinle ve eyni hüquqa malik olan dörde qeder qadınla evlenmek icazesi verildi. Feqet yene de, yalnız Ardı »

Maraqlı melumatlarSədəqə - gəlirli ticarət

[color=#039b80]Sədəqə, kasıblığı ortadan qaldırmağa hesablanmış, ölçüsü, miqdarı və sərhədi olmayan, hər zaman edilən gəlirli bir ticarətdir. Bir tərəfdən kasıblığı ortadan qaldırmağa çalışmaqla bərabər, digər tərəfdən də qulа Rəbbinin rıza və cənnətini qazanmağa səbəb olan ticarətdir.



Allah buyurur: "Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir" (əl-Bəqərə, 261); "Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!"(əl-Bəqərə, 272)

Sədəqənin savabı və fəziləti bu cür dəyərlidir, ucadır. Ancaq Allah bu savabı yardımı səbəbilə insanlara minnət Ardı »

Maraqlı melumatlarCümıə namazı

sual-
Assalamu Aleykum
Cümıə namazı qadın və uşaqlar üçün müstəhəbdirmi?

cavab-
Va aleykum salam.
Bəli cümə namazı qadınlar və uşaqlar üçün müstəhəbdir. Ardı »

Maraqlı melumatlarÖLÜMÜ UNUTMAMALI...

(“Təfsiri-nümunə”yə istinadən)

Quran dəfələrlə ölüm və insanın can verməsini xüsusi vurğulayır. İnsanlara xəbərdarlıq edir ki, bu cür anlar bütün insanlar üçün vardır. Bəzən bu andan ölümün məstliyi, bəzən ölümün şiddəti, bəzən də ruhun hülquma çatması kimi bəhs edilmişdir.

Ölüm - çox ağır və ağrılı andır. Belə ki, insanın bu dünyadan başqa dünyaya keçməsi deməkdir. Necə ki, körpənin ana bətnindən dünyaya gəlişi ağrılı-acılı olur, insanın başqa dünyaya keçməsi də ağrılı olacaqdır.

Ancaq hədislərdə oxuyuruq ki, bu an möminlər üçün asan olacaqdır. Halbuki imansız insanlar üçün çox ağır olacaqdır. Möminlər bu anı ona görə ağrı hiss etmirlər ki, Allaha, onun rəhmətinə və nemətlərinə çatmaq istəyi Ardı »

Maraqlı melumatlarİSİM VƏ SİFƏTLƏR TÖVHİDİNDƏ MÜHÜM OLAN QAYDALAR

Müsəlman qardaş və bacılarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyərənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləş-diriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.

1. Təhrif – bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil - Allah Qurani Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan İstiva - ucalmaq sözünə, Lə – şəkilçisi artırmaqla İstəvlə hökmü altına aldı sözü ilə Ardı »

Maraqlı melumatlarHəsən bin Əli (r.a) xəlifə seçilməsi

Əlinin (r.a) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə (r.a) beyət etdilər. Kufədə beyət başa çatdıqdan sonra Həsən (r.a) Şama tərəf yola çıxdı. Çünki onlar bu vaxta qədər möminlərin əmiri Əli ibn bu Talibə (r.a) itaət etməmişdilər.
Həsən ibn Əli (r.a) Müaviyə (r.a) ilə sülh bağlayır və müsəlmanlar birliyə nail olurlar.

Qan tökülməsini xoşlamayan Həsən ibn Əli (r.a) sülh niyyəti ilə Şama yollandı. Hətta bir zaman Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin (r.a) şamlilara qarşı döyüşə getməsinə razı deyildi. ("Əl-Bidayə vən Nihayə" 7/245.)
Onun sülh istəməsinin əlaməti Qeys ibn Səd ibn Ubadəni qoşun sərkərdəliyindən azad edərək əvəzinə Abdullah ibn Abbası təyin Ardı »