Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarKİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA DÖNƏ BİLMƏ SƏBƏBLƏRİ

1. Günahı kiçik görmək və ona əhəmiyyət verməmək. Bilal b. Sad deyir ki: «Günahın kiçikliyinə deyil, üsyan etdiyin zatın böyüklüyünə bax»
(İbn Qudamə əl-Məqdisi «Minhəcul Qasidin Muxtəsəri» s. 258)

Çünkü günah qulun gözündə nə qədər böyüyərsə Allah qatında o, qədər kiçilər və qul günahı nə qədər xəfif görərsə Allah qatında da o, qədər böyüyər. Çünkü günahın qulun gözündə böyüməsi qəlbinin ondan xoşlanmadığını göstərir. İbn Məsud - radıyallahu anhu – deyir ki: «Mömin günahlarını dağ boyda görər və sanki o, dağın üstünə düşəcəyindən qorxar. Günahı kiçik görən facir isə işlədiyi günahı burnun üzərinə qonan milçək kimi görər»
(Buxari «Dəvət» 11/102, Tirmizi «Sifətul Qiyamə» 9/308)
Möminin gözündə Ardı »

Maraqlı melumatlar.Qurani – Kərimə aid bu statistik məlumatları bilirsiznizmi?

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
1. Bismillahsız olan surə tövbə surəsidir.

2. İki Bismillah olan surə Nəml surəsidir.

3. Quranın ərusu Ər-rəhman surəsidir.

4. Quranın qəlbi Yasin surəsidir.

5. Quranın ən böyük surəsi Bəqərə surəsidir (286 ayədir.)

6. Quranın ən kiçik surəsi Kövsər surəsidir (3 ayədir)

7. Quranda ən böyük ayə Bəqərə surəsinin 282-ci ayəsidir.

8. İlk nazil olan surə Ələq surəsidir.

9. Axırıncı nazil olan surə Nəsr surəsidir.

10. Quran 114 surədən ibarətdir.

11. Quranda 30 cüz var.

12. Quranda 120 hizb var.

13. Quranda 77437 kəlmə var.

14. Quranda 6236 Ardı »

Maraqlı melumatlarOsman ibn Əffan (r.a) haqqında qısa məlumat( Peyğəmbər (s.a.v) qızı ilə evlənməsi,fəziləti və sairə)

Adı və soyu:
Osman ibn Əffan ibn Əbul-As ibn Umeyyə ibn Əbdu Şəms ibn Əbdu Mənafdır. Soyu isə Əbdu Mənaf adlı babası ilə Peyğəmbərə (s.a.v) birləşir. Anası Urva bint Kureyz ibn Rabiə, nənəsi isə Peyğəmbərin (s.a.v) bibisi olan Ummu Həkim bint Əbdülmüttalibdir. ( "Mərifətus Səhabə" 1/235.)

Ləqəbi: O, Peyğəmbərin (s.a.) Ruqayyə və Ummu Kulsum adlı iki qızı ilə evləndiyi üçün "Zinnureyn" (iki nur sahibi) ləqəbi ilə tanınırdı.( Mərifətus Səhabə" 2/245.)

Təxəllüsü: Əbu Abdullah və Əbu Amr idi. O, Əbu Bəkrin əli ilə İslamı ilk qəbul edənlərdən idi. ("əl-İsabə" 2/455. İlk dəfə Həbəşistana, daha sonra isə Mədinəyə hicrət etmişdir.

Həyat yoldaşları:
1. Peyğəmbərin (s.a.v) qızı Ruqayyə Ardı »

Maraqlı melumatlarİSİM VƏ SİFƏTLƏR TÖVHİDİ

Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna haqqı ilə iman emək deməkdir. O, bütün kamil Sifətlərə malik və bütün əskik Sifətlərdən münəzzəhdir.

«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180). Allah Qurani Kərimdə özü-özünü vəsf etdiyi kimi və Rəsulu Muhəmməddə (s.a.v) Onu Sünnədə vəsf etdiyi kimi qəbul etmək. Onlara de: «(Bunu) sizmi, yoxsa Allahmı daha yaxşı bilir?» (əl-Bəqərə 140). Allahdan sonra onu (Allahı) Rəsulundan daha gözəl kim tanıya bilər? Rəsululah (s.a.v) bu haqda buyurur: «Sənə, sənin özü-özünə verdiyin, yaxud öz Kitabında nazil etdiyin və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb Ardı »

Maraqlı melumatlarDanışırsan, doğru danış

Qurtuluş doğruluqdur

Ey əzizim! Danışırsan doğru danış! Doğruluq kəramətdir. Qurtuluş doğruluqdur. Yalançı və hiyləgər şeytandır, lakin görünüşdə insandır. Yalan söyləyən kimsədən xeyir gəlməz. Boş sözlər və zarafatlar zərərə yol açar və ömrü hədər keçirərsən. Qeybət və dedi-qodudan uzaq dur ki, bunlar insanı xalqdan və haqqdan uzaq salar. Ardı »

Maraqlı melumatlarKərbəla döyüşü

Kərbəla döyüşü və ya Kərbəla hadisəsi - 10 oktyabr 680-ci ildə bu günkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş.

Bu döyüş İslam aləmində, xüsusən Şiə və Ələvilikdə böyük önəmə sahibdir. Məhəmməd peyğənbərin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi, Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.Mündəricat [gizlə]
1 Münasibətlərin gərginləşməsi
2 Şiə mənbələrində Kərbəla hadisəsi
3 Mühasirə
4 Döyüşün başlanması
5 Ədəbiyyat

[redaktə]
Münasibətlərin gərginləşməsi

Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Əbu Ardı »

Maraqlı melumatlarAllahverdi xan

Allahverdi xan Undiladze, Əvvəlcə I Şah Abbasın sarayında zərgərbaşı, sonra qullarağası, Azərbaycan nağıllarının qəhrəmanlarından biri olan Vəzir Allahverdi xan.

Mündəricat [gizlə]
1 Həyatı
2 Fəaliyyəti
3 Ailəsi
4 Həmçinin bax

[redaktə]
Həyatı
[redaktə]
Fəaliyyəti

İ Şah Abbasın vəfatından sonra Səfəvi sarayında xidmət göstərən islamı qəbul etmiş gürcülər iki qrupa ayrılmışdılar. Birinci qrupa Xosrov Mirzə ilə Rüstəm xan Saakadze, ikinci qrupa isə Allahverdi xan Undiladze başçılıq edirdi. Şah Abbasın hakimiyyəti dövründə Allahverdi xanın böyük oğlu İmamqulu xan Fars, kiçik oğlu Davud xan isə Gəncə-Qarabağ bəylərbəyliyinə başçılıq edirdi. Lakin Davud xan xəyanət edərək, 1632-ci ildə yenidən Gəncə Səfəvilərə qarşı çıxan Teymurazın üzərinə yürüş edərkən tərəfinə keçdi. Gürcü mənbəyinin yazdığına görə ağıldan Ardı »

Maraqlı melumatlarQEDR GECESI HAQQINDA

Bu gecəyə Qədr gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir.

Çünki:

Quran Kərim bu gecədə nazil edilmişdir.

- Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir.
- Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Talanın əzəli qəza və təqdiri ilə bağlı mələklərə bu gecə bildirilir.

(Təcridi Sarih Tərcüməsi, VI, 312)

- Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli Ardı »