Maraqlı melumatlar → Şahid Olmağa Gəldim
Kimsənin görmədiyi sən, indi, səni yoxluqda görəni "görməklə" vəzifələndirilmisən. Görməklə vəzifələndirilən sən, görünən deyil idin, görən də deyil idin. Görünməyin üçün var olmağın lazım idi heç olmasa. Amma O sənin yoxluğunu gördü, səni yoxluğunda da gördü. O səni gördüyü üçün sən var oldun, görünən və görən oldun.
Heç görünən olmasaydın, heç bir gözün gözdəsi olmayacaqdın. Görən olmasaydın, görən olmadığını belə görən ola bilməyəcəkdin. Sənə hər kəs kor olacaqdı. Dahası, sənə kor olduqlarına da kor olacaqdılar. Səni görə bilmək üçün axtarışa çıxmayacaqdılar belə. Səni görmək üçün gözləri yolda olmayacaqdı belə. Gözləri səni görmür deyə narahat olmayacaqdı. Sən hər şeyə kor olacaqdın. Dahası, hər Ardı »