Qurani Kerim → 77. Əl-Mursəlat (Bir-birinin ardınca göndərilənlər) surəsi

1. And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə).
2. And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə).
3. And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara.
4. And olsun (haqla batili) ayıranlara.
5. And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara-
6. (Möminlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki,
7. Sizə vəd edilən (qiyamət) mütləq vaqe olacaqdır!
8. Ulduzlar sönəcəyi.
9. Göy yarılacağı.
10. Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı).
11. Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman,
12. (Belə soruşulacaqdır: ) "(Bunlara) hansı günə qədər möhlət verilmişdir?"
13. (Həmin suala cavab olaraq deyiləcəkdir: ) "(Haqla batili) ayırd ediləcəyi Ardı »