Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim → ər-Hicr (Daşlı sahə) surəsi

.15.
ər-Hicr (Daşlı sahə) surəsi
(Məkkədə nazil olmuşdur, 99 ayədir)2
Bismillahir–rəhmanir-rəhim!

1.Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (möcüzə olan) Quranın ayələridir.
2.Kafirlər3 (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər!
3.(Ya Rəsulum!) Qoy (kafirlər)4 hələ (istədikləri kimi) yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!
4.Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik.
5.Heç bir ümmət5 əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra (geriyə ata) bilər.
6.(Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!
7.Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun Ardı »

Qurani Kerim → əl-Maidə (Süfrə) surəsi

.5.
əl-Maidə (Süfrə) surəsi
(Mədinədə nazil olmuşdur, 120 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ey iman gətirənlər!2 Əhdlərə sadiq olun. İhramda olarkən ov sizə qadağan edilməklə, (aşağıda) adları çəkiləcək heyvanlar müstəsna olaraq, qalanları sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyini hökm edər!
2.Ey iman gətirənlər3! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb, zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kəbəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama4 (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! (Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!) İhramdan5 çıxdığınız zaman (istəsəniz) ov edin. (Vaxtilə) sizi Məscidülhərama daxil Ardı »

Qurani Kerim → 68. Nun və ya əl-Qələm (Qələm) surəsi

68. Nun və ya əl-Qələm (Qələm) surəsi

1. Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki,

2. Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyisən!

3. Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!

4. Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!

5. (Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər,

6. Hansınızın divanə olduğunu!

7. Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!

8. Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə!

9. (Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da Ardı »

Qurani Kerim → əl-Furqan (Fərqləndirmə) surəsi

.25.
əl-Furqan (Fərqləndirmə) surəsi
(Məkkədə nazil olmuşdur, 77 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)
2.O Allah ki, göylərin və yerin hökmü (səltənəti) Onundur. O (Özünə) heç bir övlad götürməmişdir; mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir.
3.(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və Ardı »

Qurani Kerim → 32. Əs-Səcdə (Səcdə) surəsi

32. Əs-Səcdə (Səcdə) surəsi

1. Əlif, Lam, Mim!

2. Kitabın (Quranın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!

3. Yoxsa (müşriklər): "(Muhəmməd) onu özündən uydurmuşdur!" - deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!

4. Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət (əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

5. O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir Ardı »

Qurani Kerim → ət-Təkasur (Çoxluqla öyünmə) surəsi

.102.
ət-Təkasur (Çoxluqla öyünmə) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqrəba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
2.Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz].
3.Xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
4.Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
5.Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə (elmi-yəqinlə) bilsəydiniz (fani dünya malına uymazdınız)!
6.(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
7.Bəli, siz Ardı »

Qurani Kerim → 16. Ən-Nəhl (Bal arısı) surəsi

16. Ən-Nəhl (Bal arısı) surəsi

1. Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)

2. (Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: "İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: "Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!"

3. (Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!

4. Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, (böyüyüb yetkinlik hədinə çatanda haqqı inkar, batili Ardı »

Qurani Kerim → 43. Əz-Zuxruf (Qızıl bəzəklər) surəsi

43. Əz-Zuxruf (Qızıl bəzəklər) surəsi

1. Ha, Mim!

2. (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki,

3. Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Quran etdik.

4. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir (yaxud ayələri baxımından çox möhkəmdir).

5. Siz (Allaha şərik qoşmaqla) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz müşriksiniz deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)

6. Biz sizdən əvvəlkilərə (keçmiş ümmətlərə) də neçə-neçə peyğəmbərlər göndərmişdik.

7. Onlara elə bir peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər!

8. Biz onlardan (Məkkə müşriklərindən) daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin başına gələnlər (Quranda neçə yerdə) Ardı »