Qurani Kerim → ən-Nəhl (Bal arısı) surəsi
.16.
ən-Nəhl (Bal arısı) surəsi
(Məkkədə nazil olmuşdur, 128 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı barəsindəki) əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah pakdır və Ona şərik qoşulan bütlərdən ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)
2.(Allah) Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!”
3.(Allah) göyləri və yeri haqq olaraq yaratmışdır, (Allah) Ona şərik qoşulan bütlərdən ucadır!
4.Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, Ardı »