Qurani Kerim → əl-Casiyə (Diz çökmüş camaat) surəsi
.45.
əl-Casiyə (Diz çökmüş camaat) surəsi
(Məkkədə nazil olmuşdur, 37 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Ha, Mim!
2.Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət sahibi, hikmət sahibi (olan Allah) tərəfindəndir.
3.Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır!
4.Sizin yaradılışınızda və (Allahın yer üzünə) yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün (Allahın birliyinə, qüdrət və əzəmətinə, qiyamət gününün haqq olmasına dəlalət edən) əlamətlər vardır.
5.Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəlif tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır2.
6.(Ya Peyğəmbər!) Bunlar Allahın ayələridir (qüdrət nişanələridir). Biz Ardı »