Qurani Kerim → 81. Ət-Təkvir (Sarınma) surəsi

1. Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman.
2. Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman.
3. Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman.
4. (Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman.
5. Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman.
6. Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman.
7. Ruhlar (bədənlərə) qovuşacağı zaman.
8. Diri-diri torpağa gömülən körpə qızdan:
9. "Axı o hansı günaha görə öldürüldü?". soruşulacağı zaman.
10. Əməl dəftərləri açılacağı zaman.
11. Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman.
12. Cəhənnəm alovlandırılacağı zaman.
13. Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman.
14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır Ardı »