Qurani Kerim → ət-Təğabün (Qarşılıqlı aldanma) surəsi
.64.
ət-Təğabün (Qarşılıqlı aldanma) surəsi
(Mədinədə nazil olmuşdur, 18 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
2.Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!
3.O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi2, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir. ) Axır dönüş də Onun hüzurunadır!
4.O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!
5.(Ey Məkkə müşrikləri!) Məgər sizdən əvvəl kafir olanların (əzaba düçar edilməsi) xəbəri sizə gəlib Ardı »