Qurani Kerim → 41. Fussilət (Müfəssəl izah edilmiş) surəsi

1. Ha, Mim!
2. (Bu Quran) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
3. Ərəbcə Quran olaraq (onu) bilən bir qövm üçün əyələri müfəssəl izah edilmiş bir kitabdır.
4. (Bu Quran) həm (möminlərə Cənnətlə) müjdə verəndir və həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qurandan) üz döndərib (onu) dinləməz (Allahın kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).
5. (Ya Peyğəmbər!) Onlar deyərlər: "Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)"
6. (Ya Rəsulum!) De: "Mən Ardı »