Qurani Kerim → əl-Leyl (Gecə) surəsi
.92.
əl-Leyl (Gecə) surəsi
(Məkkədə nazil olmuşdur, 21 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;
2.And olsun işıqlanmaqda olan gündüzə;
3.And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,
4.Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bəziniz Cənnət üçün, bəziniz isə Cəhənnəm üçün çalışırsınız).
5.Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,
6.Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,
7.Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!
8.Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,
9.Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,
10.Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün Ardı »