Qurani Kerim → Loğman surəsi
.31.
Loğman surəsi
(Məkkədə nazil olmuşdur, 34 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Əlif, Lam, Mim!
2.Bunlar hikmətli Kitabın (Quranın) ayələridir.
3.(O Quran) yaxşı əməllər edənlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və rəhmətdir.
4.O kəslər ki, namaz qılar, zəkat verər2 və axirətə tam yəqinliklə inanarlar.
5.Onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar da (axirət əzabından qurtarıb savaba yetişənlər də) onlardır!
6.İnsanlar içərisində eləsi də vardır3 ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.
7.Və ayələrimiz ona oxunduğu zaman onları eşitmirmiş, qulaqlarında ağırlıq (karlıq) Ardı »