Qurani Kerim → əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi
.98.
əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Kitab əhlindən1 (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.
2.(Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).
3.O səhifələrdə doğru-dürüst hökmlər vardır.
4.Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).
5.Halbuki onlara əmr edilmişdi ki, Allaha -dini yalnız Ona xas edərək, batildən haqqa (islama) dönərək -ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!
6.Həqiqətən, kitab əhlindən kafir olanların Ardı »