Qurani Kerim → 79. Ən-Naziat (Can alanlar) surəsi

1. And olsun (kafirlərin canını) zorla alanlara.
2. And olsun (möminlərin canını) rahatlıqla alanlara.
3. And olsun sürətlə üzənlərə.
4. And olsun (bir-birini) ötdükcə ötənlərə.
5. And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız)!
6. O gün sarsılan sarsılacaq (surun birinci üfürülməsi ilə yer, göy lərzəyə gələcək),
7. Onun ardınca bir sarsıntı da olacaqdır! (Sur ikinci dəfə üfürüləcəkdir. İsrafil suru birinci dəfə çaldıqda hər şey məhv olacaq, ikinci dəfə çaldıqda isə hamı diriləcəkdir. Bunların arası dünya vaxtı ilə müqayisədə qırx il çəkəcəkdir).
8. O gün ürəklər qorxub titrəyəcək,
9. Gözləri (o Ardı »